Bu gün qeyd edilən əlamətdar gündə və bütün il boyu Birləşmiş Millətlər Təşkilatı planetimiz, iş yerləri və biz, insanlar üçün çalışır.
Biz hər yana, hətta dünyanın ən əlçatmaz yerlərinə belə hamıdan çox humanitar yardım göstəririk. Biz dünyanda yaşayan uşaqların 40 faizdən çoxunu peyvənd eləyirik. Biz 100 milyondan çox insanı qida ilə təmin edir, həmçinin böyük hissəsini müharibədən və təqibdən əziyyət çəkən qadın və uşaqların təşkil etdiyi 30 milyondan çox qaçqına yardım göstəririk. Biz həmişəkindən daha çox – 115 000 sülhməramlını vəzifələndirmişik. Keçən il biz demək olar ki, 50-dən çox ölkəyə seçkilərin keçirilməsində yardım etmişik. Və bütün BMT sistemi dünyanı təhdid edən iqtisadi və sosial hərc-mərcliyə qarşı səfərbər edilmişdir.
İnsanlar dünyanın hər yerində yoxsulluq və aclığı məğlub etmək, sülhü qorumaq, təhsili genişləndirmək və öz hüquqlarını müdafiə etmək üçün BMT-yə müraciət edirlər. Onlar bizdən kütləvi qırğın silahlarının və xəstəliklərin yayılmasının qarşısını almağımızı, həmçinin fəlakətlərdən zərər çəkən insanları və onların ailələrini qorumağımızı gözləyirlər. Onlar, dekabr ayında bizim hamımızı qoruyacaq, yaşıl və daha davamlı iqtisadiyyata yol açacaq və iqlim dəyişmələrini özündə əks etdirən hərtərəfli, ədalətli və ruhlandırıcı müqaviləni imzalamağımızı gözləyirlər.
Dünya əlaqələrində bu çox nadir bir məqamdır. Qida, yanacaq, xəstəlik və maliyyə kimi bir çox böhranlar gözlənilməz zərbələr vurur. İqlim dəyişmələri gündən günə böyüyür. Bunların hər biri 21-ci əsrin yalnız bir həqiqətini əks etdirir: Bizim bir planetimiz, bir evimiz var. Xalq kimi, millət kimi, müxtəliflik kimi biz, ya birgə yüksələcəyik və ya hamımız tənəzzülə uğrayacağıq.
Birləşmiş Millətlər Təşkilatı ümumi mənzərəni diqqətində mərkəzində tutaraq böyük problemlərin həlli üçün əlindən gələni edir. Biz bütün insanlara, xüsusilə də daha çox ehtiyacı olanlar üçün konkret nəticələr verən yeni çoxtərəfli yanaşmalar qururuq. Lakin mən yenə də qət etməli olduğumuz böyük bir yolu və verilmiş öhdəliklərlə göstərilmiş fəaliyyətin arasındakı boşluqları üzülərək dərk edirəm. Gəlin qeyd etdiyimiz BMT günündə zəif, gücsüz və müdafiəsiz insanların maraqları naminə səylərimizi ikiqat artıraq. Gəlin biz, dünyanı daha gözəl və daha təhlükəsiz yerə çevirmək üçün bir məqsəd və birgə fəaliyyət ətrafında daha sıx birləşək