BMT-nin Nyu-Yorkdakı Qərargahı da daxil olmaqla bütün dünya üzrə BMT nümayəndəlikləri 27 mart, şənbə günü iqlim dəyişmələrinə qarşı hərəkata dəstək olmaq üçün “Yer kürəsinin saatı” aksiyasına qoşulacaqdır.
Ümumdünya Vəhşi təbiət Fondu (WWF) tərəfindən dəstəklənən “Yer kürəsinin saatı” aksiyası dünyadakı bütün insanları şənbə axşamı saat 20:30-dan saat 21:30-a kimi hansı saat qurşağında yaşamalarından asılı olmayaraq bir saatlığına bütün elektrik işıqları söndürməyə çağırır. |
|
|