Ümumdünya Əhali Günü qeyd edilib

BMT-nin 1989-cu ildən qeyd etdiyi Ümumdünya Əhali gününün builki mövzusu gender bərabərliyidir. BMT Baş Katibi Kofi Annanın müraciətində qeyd edilir ki, bu gün cəmiyyətin bütün sahələrində gender bərabərliyinin təmin edilməsinə ehtiyac duyulur. Bu, xüsusən də qızlarla oğlanların eyni səviyyədə təhsil almasını, qadınlar üçün iqtisadi imkanların təqdim olunmasını, habelə yoxsul ailələrdə sağlam analara qayğının artırılmasını özündə birləşdirir. Bərabərlik eyni zamanda qadınların siyasi qərarların qəbul edilməsində fəal iştirakının təmin edilməsidir.

Dünya ictimaiyyətinin diqqətində olan bu məsələ Azərbaycanda da müzakirə edilməkdədir. Bu məqsədlə BMT Əhali Fondu Gənclər Təşkilatlarının Milli Şurası və "Nur" Uşaq və Gənclər İctimai Birliyi ilə birlikdə tədbir keçirib. Təbirdə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti və Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Əli Nağıyev iştirak edib. Cənab Borsotti qeyd etdi ki, şüarı bərabərlik olan bu tarixi gün insanların hüquqi cəmiyyətdə yaşamasını təmin etməyə imkanlar yaradır.

Nazir Əli Nağiyevə görə, Azərbaycanda əhalinin saglamlığı, eyni zamanda gender bərabərliliyinin qorunması istiqamətində müxtəlif dövlət programları həyata keçirilir.

Gənclər Təşkilatlarının Milli Şurasının sədri Fuad Muradova görə, Azərbaycan əhalisinin böyük bir hissəsini gənclər təshkil etdiyindən Əhali Gününün bu ilki şüarı təqdirə layiqdir. Fuad Muradov daha sonra əlavə etdi ki, ölkənin gələcəyi olan gənclər bu istiqamətdə daha da əzmlə çalışmalıdır.

Qeyd edək ki, mərasimdə ölkə prezidentinin qızı Leyla Əliyeva da iştirak edirdi.

Qisa cixişlardan sonra konsert proqrami ilə davam etdirilən mərasimdə əsasən vətənpərvərlik ruhunda mahnılar səsləndi. Həmçinin taninmiş mügənnilərin ifasında Əhali Gününün himni iştirakçıların diqqətinə çatdırıldı.

Qeyd edək ki, BMT-nin nizamnaməsində əks etdirildiyi kimi, kişi və qadınlar arasında bərabərlik bu təşkilatın əsas prinsiplərindən biridir. Bu, həmçinin Minilliyin Bəyannməsində və Minilliyin İnkişaf Məqsədlərində razılaşdırıldığı kimi, insanların qorxu və ehtiyacdan azad edilməsinə yönəldilmiş qlobal səylərin əsas tərkib hissədir. 1994-cü ildə keçirilmiş Əhali və İnkişaf Üzrə Beynəlxalq konfransda gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi müstəqil məqsədlər, eləcə də inkişafın dayağı kimi qəbul edildi.

Əhali Günü ilə baglı dünya ölkələrinə müraciət ünvanlayan BMT Baş Katibi Kofi Annan "Ayrı-seçkiliyin həqiqi bərabərliyin təmin edilməsinə mane olması acı nəticələrə gətirib çıxarır. Dünya əhalisi arasında qızlar "azlıq" təşkil edir. Çünki, valideynlər oğlan uşaqlarını dünyaya gətirməyə daha çox üstünlük verirlər. Oğlanlardan fərqli olaraq, qızların təhsildən yayınması halları da geniş yayılıb", deyib.

Daha sonra öz müraciətində MT Katibi qeyd edir ki, yoxsulluq, gender ayrı-seçkiliyi və zorakılıq AİDS epidemiyasının daha geniş yayılmasına təkan verir. Bu isə öz növbəsində ayrı-ayrı bölgələrdə bu virusa yoluixan qadın və gənc qızların sayının artması ilə nəticələnir.

Bu ciddi çətinliklərə baxmayaraq - problemlərin təsiri altında bütün dünyada qadınlar öz hüquqlarının mlidafiəsi üçün səfərbər olurlar. Və bu istiqamətdə onlar mühüm nailiyyətlər əldə edirlər. İnsan hüquqları və insan inkişafına dair qlobal və milli müzakirələr gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məsələlərini diqqət mərkəzində saxlayır. Bir çox ölkələrdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş qanun və siyasətlər qəbul edilir və qadınların sağlamlığının yaxşılaşdırılması və mühafizəsi üçün xidmətlər göstərilir. Siyasi aləmdə iştirak edən qadınların sayı getdikcə artır və daha çox kişilər bu dəyişiklikləri də onlarla tərəfdaşlıq etmək məsuliyyətini qəbul edirlər.

Foto qalereya


Webmaster

© United Nations Azerbaijan 2005

English version Azeri Version