Təcrübə mübadiləsi məqsədilə Isveç Gömrük Xidmətinə Səfər

Bakı, 12 Sentyabr 2006-cı il - Dövlət Gömrük Komitəsi rəsmiləri və Prezident Aparatı, Nazirlər Kabineti, Milli Məclis, Ədliyyə Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) əməkdaşlarından ibarət nümayəndə heyəti 11-17 sentyabr 2006-cı il tarixində Isveç Gömrük Xidmətində səfərdədir. 15 nəfərdən ibarət nümayəndə heyətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini cənab Əsgər Abdullayev rəhbərlik edir.

Səfərdə əsas məqsəd İsveçdə Avropa İttifaqı Gömrük Məcəlləsinin tətbiqi təcrübəsini öyrənməkdən ibarətdir. Səfər, həmçinin hazırlanmaqda olan Azərbaycan Respublikasının yeni Gömrük Məcəlləsinin tətbiqinə dair DGK-nın mövcud siyasət və prosedurlara tələb olunan əlavə və dəyişiklikləri ilə yanaşı, İnformasiya Texnologiyaların tətbiq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcəkdir.

Bu səfər Avropa Komissiyasının (AK) və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP-in) birgə layihəsi olan "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində həyata keçiriləcəkdir.

Aİ tərəfindən maliyyələşən və BMTİP tərəfindən həyata keçirilən layihə 2006-cı il yanvar ayında öz fəaliyyətinə başlamışdır. Dövlət Gömrük Xidmətinin təkmilləşdirilməsinə yönələn və 900 000 Avro büdcəsi olan layihə gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusi olaraq Aİ Gömrük Məcəlləsinə uyğunlaşdırılması və İnformasiya Texnologiyalarının İnkişaf Strategiyasının yaxşılaşdırılması və həyata keçirilməsi üzrə Dövlət Gömrük Komitəsinə dəstəyin göstərilməsini nəzərdə tutur.

Səfər zamanı İsveç Gömrük Xidmətinin Rəhbəri tərəfindən nümayəndə heyyətinin qəbul edilməsi, müvafiq hökumət qurumlarının təmsilçilərinin öz İsveç həmkarları ilə görüşü də planlaşdırılmışdır.

Təlim səfəri gələcəkdə iki gömrük orqanlarının əməkdaşlığı, beynəlxalq səviyyədə əlaqələrin gücləndirilməsi və digər sahələrdə yeni perspektivlər açmaqla Azərbaycan və İsveç arasında gömrük sahəsində əlaqələrin gücləndirilməsinə dəstək olacaqdır.


Əlavə məlumat üçün əlaqə:

Cənab Məzahir Əfəndiyev
BMTİP Hüquq-Mühafizə Orqanları ilə
İş Bölməsinin Rəhbəri
Tel.: 493 15 13


Foto qalereya


Webmaster

© United Nations Azerbaijan 2006

English version Azeri Version