|
BMTİP Azərbaycanın yeni İxracın Təşviqi Fonduna yardım edir
 Bakı, 19 dekabr - BMT İnkişaf Proqramının Azərbaycandakı Rezident Nümayəndəsi cənab Marko Borsotti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti cənab Emil Məcidov Fondun exportun təşviqi üzrə fəaliyyətini gücləndirməyi nəzərdə tutan layihə sənədini imzalamışlar.
Layihə hökumətin qeyri-neft sektorunun inkişafı üçün ixracın təşviqi strategiyasını formalaşdırmağa yardımçı olmaqla yanaşı, İxrac üzrə İnformasiya Mərkəzinin (mövcud və potensial ixracçılara məsləhət xidməti göstərəcək qurum) yaradılmasına, və ümumiyyətlə, Azərbaycanın ticarət partnyoru kimi təşviqinə və Transmilli Korporasiyaların regional təmsilçiliklərinin Bakıya cəlb olunmasına yardım edəcək.
Layihəni 110 min dollar dəyərində olan ilkin fazasını növbəti 12 ay ərzində AZPROMO həyata keçirəcək. İlkin vəsait BMT İnkişaf Proqramı (50 000 ABŞ dolları) və Azərbaycan hökuməti (60 000 ABŞ dolları) tərəfindən ayrılmışdır. Bu mərhələdə başqa işlərlə bərabər, layihə çərçivəsində Azərbaycanda biznesin və ixracın inkişafına mane olan amilləri aşkarlayacaq araşdırma aparılacaq, eləcə də yerli istehsalçıların, xarici məsləhətçilərin və xaricdəki potensial tərəfdaşların məlumat bazası təkmilləşdiriləcəkdir.
Azərbaycanda İnvestisiyaların Təşviqi və Məsləhət Fondu (AİTMF) Azərbaycan hökuməti tərəfindən 2003-cü ildə yaradılıb. Qurumun fəaliyyətinə nəzarət hökumətin, özəl sektorun və beynəlxalq ictimaiyyətin nümayəndələrindən ibarət Himayəçilər Şurası tərəfindən həyata keçirilir. İlkin olaraq Birbaşa Xarici İnvestisiyaları ölkəyə cəlb etmək məqsədilə yaradilan Fondun mandatına 2005-ci ildə yerli malların ixracının təşviqi funksiyaları da əlavə olunub. 2005-ci il avqustundan etibarən Fondun adı dəyişdirilərək Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) olub.
İqtisadiyyatın müxtəlif sahələrini və regionları inkişafı sahəsində hökumətin göstərdiyi səylərin tərkib hissəsi olmaqla yanaşı Fond fəaliyyətə başladığı ilk günlərdən BMT İnkişaf Proqramı tərəfindən dəstəklənib. Hazırkı layihə BMT İnkişaf Proqramının 2004-2005-ci illərdə həyata keçirdiyi "AİTMF-a Dəstək Layihəsinin" məntiqi davamıdır.
Ətraflı məlumat almaq üçün aşağıdakı şəxslərə müraciət edə bilərsiniz:
Xədicə İsmayılova
İctimaiyyətlə əlaqələr
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)
Tel: (99412) 5980147
e-mail: kismayilova@azerinvest.com
Gülşən Rzayeva
Proqram üzrə baş məsləhətçi
BMT İnkişaf Proqramı
Tel: (99412) 4989888 (əlavə110)
 |