|
İctimai vəkillik bacarıqları üzrə təlim UNİFEM, ATƏT və ABA CEELİ tərəfindən keçirildi
2006-cı ilin 27-29 mart tarixində "Crescent Beach" mehmanxanasında, UNİFEM, ATƏT və ABA CEELİ-nin dəstəyi ilə "İctimai vəkillik bacarıqları" mövzusunda təlim təşkil edilmişdi. Əsas ictimai vəkillik bacarıqlarının metodologiyası məsələlərinə toxunan bu təlimdə gender sahəsində çalışan qeyri hökumət təşkilatlarının 45 nümayəndəsi təmsil olunurdu. UNİFEM tərəfindən dəstəklənən "Koalisiya 1325" qadın qrupunun üzvləri ilə yanaşı təlimdə Bakıdan və eləcə də Azərbaycanın bölgələrindən olan vətəndaş cəmiyyətinin nümayəndələri də iştirak edirdilər. Hökumət tərəfindən yeni yaradılmış Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi də seminarın işinə qatılmışdı.
Təlim "B.a.B.e." (Xorvatiya), "ANNA mərkəzi" (Rusiya Federasiyası) və "Təbiəti Qoruyan İnsanlar" (Ukrayna) adlı üç beynəlxalq QHT-nin nümayəndələri tərəfindən həyata keçirildi.
Təlimin məqsədi gender sahəsində çalışan qeyri hökumət təşkilatlarının ictimai vəkillik metod və bacarıqları üzrə imkanlarının yaradılması və biliklərin artırılması ilə yanaşı bir və ya bir neçə ictimai vəkillik metodlarından istifadə edərək, təşkilatların missiyalarına uyğun olaraq müəyyən edilmiş məqsəd üzrə fəaliyyət planının hazırlanması idi.
Seminarın ilk iki günü İcmanın təşkil edilməsi, Koalisiya yaradılması, İctimai İştirak (Sosial Monitorinq və İctimai Dinləmələri daxil olmaqla), Lobbiçilik, Strateji məhkəmə prosesi və KİV ilə münasibətlər kimi müxtəlif ictimai vəkillik metodları üzrə intensiv təlim keçirildi. Son gün isə bir və ya bir neçə ictimai vəkillik metodlarından istifadə edərək, müvafiq dövr üçün fəaliyyət planının hazırlamasına həsr edildi.
Təlimin sonunda bütün iştirakçılar təlim zamanı müəyyən edilmiş səciyyəvi mövzular üzrə gələcək ictimai vəkillik kampaniyaları keçirmək üçün, kifayət qədər bacarıq və eləcə də paylama materialları əldə etdilər.
UNİFEM tərəfindən həyata keçirilən "Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda" regional layihəsi gender bərabərliyi və qadınların qərar qəbul etmə səviyyəsində iştirakının artırılmasını dəstəkləməklə yanaşı, Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması üçün müvafiq mühitin yaradılmasında maraqlıdır.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Gülşən Paşayeva
Layihənin milli əlaqələndiricisi
Tel: (+99412) 498 98 88 (əlavə 119)
Foto qalereya
 |