
![]() ![]() |
Səfər zamanı xanım Əsma Cahangir Azərbaycan Respublikasının Prezidenti, Hökumət nümayəndələri, xüsusilə də din və əqidə azadlığına qarşı dözümsüzlük və ayrı-seçkilik hallarının aradan qaldırılması ilə bilavasitə və ya dolayı yolla məşğul olan qurumların nümayəndələri, qeyri-hökumət təşkilatları və ölkədə mövcud olan dini icma və təşkilatların, həmçinin siyasi müxalifət partiyalarının nümayəndələri ilə görüşdü.Öz mandatına müvafiq olaraq xüsusi məruzəçi tərəfindən Azərbaycanda din və əqidə azadlığı üzrə nəticə və tövsiyələri əks etdirən hesabat hazırlanaraq rəsmi şəkildə Azərbaycan Hökumətinə təqdim ediləcəkdir. Martın 4-də BMT-nin Azərbaycandakı Nümayəndəliyində yerli media nümayəndələri üçün mətbuat konfransı təşkil edildi. Tədbirdə xüsusi məruzəçi Azərbaycanda din və əqidə azadlıqlarnın hazırki durumunun ilkin qiymətləndirilməsinə dair bəyanat təqdim etdi. Xanım Cahangir qeyd etdi ki, "Hökumət ümumiyyətlə din və əqidə azadlıqlarına hörmət edir, lakin bu, Azərbaycanın bütün bölgələrində eyni dərəcədə deyil. Mən həqiqətən gördüm ki, bəzi hallarda ola bilsin ki, əlaqədar rəsmilər din azadlığının təminatını və dinə nəzarəti bir-birindən ayıran nazik xətti pozmuş olurlar. Xüsusilə də, bu nəzarətin müxtəlif aspektlərinə aid olan müəyyən hallar dini icmaların din və əqidə azadlıqları hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Bura qeydiyyatla əlaqədar çətinliklər, dini ədəbiyyata tədbiq olunan məhdudiyyətlər, din xadimlərinin təyin olunma üsulları və yaxud qeydiyyata alınmamış dini icmaların qeydiyyatında yaradılan maneələr daxildir."
Xüsusi məruzəçi əmin olduğunu bildirdi ki, "Azərbaycan din və əqidə azadlıqlarının təmin edilməsi üzrə öz modelinin qurulmasında aparıcı rol oynaya bilər, çünki, bu məqsədə çatmaq üçün tələb olunan ən qiymətli amil mövcuddur: millətin xoş məramı və dini inamlara müsbət münasibət".
Bu baxımdan, xanım Cahangir "bu səfər narahatlıqdan çox ümid yaratdı" qənaətinə gəldiyini bildirdi.
Əlavə məlumat üçün: Teymur Məlikaslanov Proqram Müşaviri Azərbaycanda İnsan Hüquqları üzrə layihə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Tel: 498 98 88 (daxili 143) |
|
© United Nations Azerbaijan 2006 |