İnsan Hüquqları üzrə Ali Komissarın Ofisində insan hüquqları üzrə saziş haqqında hesabata həsr olunmuş seminar keçirildi

5-7 Dekabr, 2005-ci il - Bakıda İnsan Hüquqları üzrə Ali Komissarın Ofisində saziş haqqında hesabatların hazırlanması və öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş seminar keçirildi.

Seminar İnsan Hüquqları üzrə Ali Komissarın Ofisinin "Azərbaycanda İnsan Hüquqlarının təmin edilməsi və müdafiəsi üçün İnfrastruktur və Potensialın gücləndirilməsi" texniki əməkdaşlıq layihəsi çərçivəsində təşkil edilmişdi. Tədbirdə insan hüquqları üzrə sazişin hazırlanmasında əməyi olan çoxlu sayda hökumət rəsmiləri bir araya gəldilər.

Seminarın məqsədi insan hüquqları üzrə sazişə dair ümumi məlumat çatdırmaq, sazişin konkret müddəaları və onların Azərbaycanda real vəziyyətlə əlaqəsini izah etməkdən ibarət idi. Tədbirdə həmçinin hesabatın hazırlanması prosesinin əlaqələndirilməsi yolları araşdırıldı və tövsiyələr müzakirə edildi.

Seminar dövlət tərəfindən cari hesabatların hazırlanması prosesinə, xüsusilə də Vətəndaş və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiya və Miqrant İşçilər və onların Ailələrinin Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Konvensiya ilə əlaqədar hesabatların hazırlanmasına, eləcə də dövlət tərəfindən hazırlanmış əvvəlki hesabatların nəzərdən keçirilməsinə yönəldilmişdi.

Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Sazişlər Departamentinin rəhbəri cənab Murad Nəcəfov və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsinin müavini cənab Devid Eyzenberq açılış nitqi ilə çıxış etdilər.

Daha ətraflı məlumat üçün müraciət edə bilərsiniz:
Xanım Samirə Apayeva
Rezident Əlaqələndiricinin Baş köməkçisi
Tel: (+99412) 498 98 88 (əlavə. 113)

Foto qalereya


Webmaster

© United Nations Azerbaijan 2005

English version Azeri Version