UNFPA-nın Azərbaycandakı Nümayəndəliyi 2007- ci il Beynəlxalq Qadınlar Gününü qeyd edir

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyi 1994-cü ildən bu günədək əhali və inkişaf sahəsində mühüm məsələlərlə əlaqədar əhalinin maarifləndirilməsi istiqamətində səy göstərməkdədir. 8 mart Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi gender bərabərliyinin və qadınların inkişafının təmin edilməsi istiqamətində daha ciddi öhdəliklər götürməyə və mühüm tədbirlər görməyə imkan verir.

2007-ci il martın 6-da UNFPA-nın Azərbaycandakı Nümayəndəliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən əlil gadınların sənət nümunələri sərgisi və 8 Mart Beynəlxalq Gadınlar Gününə həsr olunmuş bayram tədbiri təşkil edildi.

Dövlət Filarmoniyasının zalından təşkil olunmuş sərgidə əl işləri, rəsm əsərləri, xalçalar, habelə QHT-lər tərəfindən əlil qadınlara hədiyyə olunmuş və əlil qaızlar tərəfindən hazırlanmış digər materiallar nümayiş etdirildi. İctimai tədbir qadın hüquqlarının müdafiəsi, gender əsasında zorakılığın aradan qaldırılması və qadınların inkişafına həsr olunmuşdu. BMT-nin Baş katibi və UNFPA-nın İcraçı direktorunun bu beynəlxalq gün münasibəti ilə müraciətləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı. İştirakçılar həmçinin Azərbaycanda gender siyasətinin hazırlanmasını əks etdirən video klipi seyr etdilər.

Milli Məcllis üzvləri, yüksək səviyyəli hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri, vətəndaş cəmiyyəti, BMT agentlikləri, beynəlxalq təşkilatlar, özəl sektor, ali təhsil ocaqları və media nümayəndələrinin iştirak etdikləri bu tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova, BMT-nin Rezident Əlaqələndiricisi cənab Bruno Pueza, Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayev və Gənclər və İdman naziri cənab Azad Rəhimov çıxış etdilər.

Açılış nitqi ilə çıxış edən xanım Hicran Hüseynova ölkənin inkişafı prosesində qadınların iştirakı, milli və icma səviyyələrində gender bərabərliyinin təmin edilməsi, eləcə də azərbaycanlı ailələr daxilində gender stereotiplərinin aradan qaldırılması kimi məsələlərin mühümlüyünü vurğuladı. Xanım Hüseynova Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə yaxından iştirak etdiyinə, o cümlədən cəmiyyətin həyatında qadınların rolunun vurğulanmasını dəstəklədiyinə görə BMT-yə, xüsusilə də UNFPA-ya öz təşəkkürünü bildirdi. Onun fikrincə, Azərbaycan Hökuməti gender bərabərliyini ölkə strategiyası və siyasətlərinin başlıca prinsipi kimi qəbul edir. "Mən qadınlarımızı ölkəmizdə yaradılmış əlverişli şəraitdən bəhrələnməyə, öz potensial imkanlarını gücləndirməyə, təşəbbüslər irəli sürməyə və fəal olmağa çağırıram. Dövlət qurumu olaraq, biz Azərbaycan qadınlarını dəstəkləməyə davam edəcəyik".

BMT-nin Rezident Əlaqələndiricisi cənab Bruno Pueza öz çıxışında Beynəlxalq Qadınlar Gününün builki mövzusunun - "Qadınlara qarşı zorakılığın cəzasız qalmasına son qoyaq" şüarının vacibliyini vurğuladı. Cənab Pueza bildirdi ki, qadınlara qarşı zorakılıq bu gün bütün dünyada ən geniş yayılmış, lakin nadir hallarda cəzalandırılan cinayət növüdür. Bu səbəbdən, "biz sükutu yarmalı, qadınların zorakılıqdan tam hüquqi müdafiəsini təmin etməli və zorakılığın cəzasız qalmamasını təmin etməliyik".

Açılış nitqlərinin ardından nazirlərin, mədəniyyət xadimlərinin təbrik çıxışları səsləndi. Rəsmi hissə milli və beynəlxalq musiqi festivalları və müsabiqələrinin qalibləri və laureatları olan gənc istedadlı musiqiçilərin konsert proqramı ilə davam etdirildi.


Foto qalereya


Webmaster

© United Nations Azerbaijan 2006

English version Azeri Version