|
UNFPA Əhali və Demoqrafiya üzrə Təlim və Tədqiqat Mərkəzi açır
Bakı, çümə axşamı, 6 aprel 2006-cı il - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında əmək və sosial məsələlər üzrə Təlim və Tədqiqat İnstitutunda Əhali və Demoqrafiya üzrə Təlim və Tədqiqat Mərkəzinin açılış mərasimi keçirildi.
BMT-nin Əhali Fondu (UNFPA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşəbbüsü ilə yaradılan yeni mərkəz əhali və demoqrafiya sahəsində milli siyasət və proqramların işlənib hazırlanmasına, demoqrafiya sahəsində yerli mütəxəssislərin təlim keçməsinə, habelə maraqlı təşkilat və şəxslərin elmi-tədqiqat işləri üçün potensial yaratmağa kömək edəcəkdir. Cənubi Qafqazda ilk, MDB-də isə ikinci olan demoqrafiya üzrə təlim mərkəzinin açılması Azərbaycan Respublikasının Yoxsulluğun Azaldılması və İqtisadi İnkişafa dair Dövlət Proqramında (YAİİDP) nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Fizuli Ələkbərov, UNFPA - nın Azərbaycan üzrə Direktoru xanım Anna-Birgitte Albrektsen və Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri xanım Ədilə Abbasovanın iştirakı ilə keçirilən tədbirdə hökumət, təhsil və media nümayəndələri bir araya gəldilər.
Açılış nitqi ilə çıxış edən cənab Ələkbərov ölkənin sosial siyasətinin tərkib hissəsi olan demoqrafik siyasətin icrasında yeni yaradılan mərkəzin mühüm rol oynadığını vurğuladı. O, həmçinin UNFPA ilə əməkdaşlığın hazırki səviyyəsidən məmnun qaldığını bildirdi. Cənab nazir müxtəlif sosial məsələlərin həlli zamanı beynəlxalq təcrübənin təmin edilməsində Nazirliyə göstərdiyi hərtərəfli köməyə görə Əhali Fonduna öz təşəkkürünü bildirdi.
İştirakçılara müraciət edən xanım Anna-Birgitte Albrektsen bildirdi: "Bu mərkəz həqiqətən də Azərbaycan xalqının inkişafının təmin edilməsinin tərkib hissəsidir. O, siyasəti formalaşdıranlara Azərbaycanın gələcəkdə əldə edəcəyi mənfəətlərdən əhalinin bütün qruplarının bəhrələnməsi istiqamətində doğru qərar qəbul etməkdə kömək edəcəkdir." Xanım Albrektsenin fikrincə, bu, təkcə nailiyyətlərə şərik olmaq deyil, həmçinin nailiyyətlərin əldə edilməsini sürətləndirmək deməkdir. Ölkədə demoqrafik ənənələrin dərk edilməsi sosial-iqtisadi siyasətlərə müdaxilə növünün müəyyən edilməsində hökumət üçün üstün cəhətdir.
"Tərəfdaşlığın bir qolu olmaq və Azərbaycanın inkişafına həm indi, həm də gələcəkdə yardım etməkdə UNFPA üçün əlverişli zamandır," - xanım Albrektsen dedi.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Fərid Babayev
Layihə Əlaqələndiricisi
Tel: (+99412) 498 98 88 (əlavə. 124)
Foto qalereya
 |