|
Uşaqların liderlik məktəbi BMT Gününü qeyd edir
“Əlli doqquz il bundan öncə sülh, insan hüquqları və inkişafın əsas vasitəsi kimi Birləşmiş Millətlər Təşkilatı yaradıldı. BMT sayəsində dünyadakı vəziyyət daha da yaxşılaşmışdır.”- bu sözlər BMT Baş katibinin Birləşmiş Millətlər Təşkilatı Günü münasibətilə müraciətindən götürülmüşdür. (24 oktyabr)
BMT Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira Süleymanova və BMT-nin Azərbaycandakı Nümayəndəliyi, xüsusilə də İctimai İnformasiya Şöbəsi tərəfindən Azərbaycan Uşaqdan Uşağa Sülh Şəbəkəsində xüsusi tədbir keçirildi. Tədbir 10-17 yaş arası uşaqların cəlb olunduğu və şəbəkənin rəhbərliyi altında fəaliyyət göstərən Liderlik Məktəbinin üzvlərini, digər uşaqları və qadın təşkilatlarının nümayəndələrini bir araya gətirdi.
Açılış nitqi ilə çıxış edən Ombudsman Elmira Süleymanova BMT Gününün beynəlxalq səviyyədə qeyd olunması haqqında qısaca məlumat verdi və Azərbaycan da daxil olmaqla bütün dünya ölkələrində gedən qloballaşma prosesindən söhbət açdı.
BMT-nin İctimai Əlaqələr və İnformasiya Şöbəsinin müdiri cənab Fərqan Abbaszadə BMT-nin yaranma tarixi, strukturu, başlıca prinsipləri və Azərbaycanda həyata keçirdiyi fəaliyyət istiqamətləri haqqında tədbir iştirakçılarına məlumat verdi.
Görüşün sual-cavab hissəsində Liderlik Məktəbinin üzvləri BMT və beynəlxalq əlaqələr mövzusunda xeyli suallarla qonaqlara müraciət etdilər. Onlar həmçinin BMT və dünya coğrafiyasına dair suallardan ibarət tests-sorğuda öz biliklərini sınamaq imkanı qazandılar. Tədbirin gedişində öz fəallığı ilə fərqlənən uşaqlar BMT-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən təqdim olunmuş hədiyyələrlə mükafatlandırıldılar.
Foto qalereya
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Fərqan Abbaszadə
İctimai əlaqələr və informasiya şöbəsinin müdiri
Tel: 498 98 88 (dax. 111)
 |