|
"Minilliyin İnkişaf Məqsədləri (MİM) və Azərbaycanda yoxsulluğun azaldılması" müsabiqəsinin qalibləri elan olundu
BMT-nin Azərbaycandakı nümayəndəliyinin, Yoxsulluğun Azaldılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramı (YAİİDP) Katibliyinin, OXFAM humanitar təşkilatı və Beynəlxalg Mətbuat Mərkəzinin "Minilliyin İnkişaf Məqsədləri (MİM) və Azərbaycanda yoxsulluğun azaldılması" mövzusunda elan etdiyi müsabiqənin münsiflər heyyəti yekun nəticəni ictimaiyyətin diqqətinə çatdırır.
Müsabiqə 22 Oktyabr 2003-cü il tarixində KİV nümayəndələri üçün keçirilmiş seminarda elan edilmiş və son təqdimetmə vaxtına gədər (1 dekabr 2003-cü il) musabiqənin katibliyinə 74 (yetmiş dörd) sayda qəzet məqaləsi, 8 (səkkiz) ədəd tele-radio materialı təqdim edilmişdir.
Materiallarin araşdırılması üçün aşağıdakı tərkibdə münsiflər heyyəti yaradılmışdir:
- Cahangir Məmmədli- Mətbuat şurasının üzvü (münsiflər heyyətinin sədri)
- Fərqan Abbaszadə-BMT-nin Azərbaycandakı nümayəndəliyinin içtimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri
- Namiq Heydərov-Yoxsulluğun Azaldılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramı Katibliyinin əməkdaşı
- Aynur Bəşirova- Yoxsulluğun Azaldılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramı Katibliyinin əməkdaşı
- Azər Həsənov – OXFAM-ın ölkə üzrə proqram meneceri
- Əflatun Amaşov –Mətbuat şurasının sədri.
- Zeynal Məmmədli – Mətbuat şurasının üzvü
- Cəfər Cəfərov- BMM-in direktoru
Münsiflər heyyəti öz seçimində aşağıdakı kriteriyaları əsas tutmuşdur:
1. MİM-lərə istinad və onların adının məqalədə və ya reportajda istifadə edilməsi
2. Azərbaycanda MİM-ə aid olan problemlərin təyin edilməsi və onların aradan qaldırılması yollarının göstərilməsi
3. YAİİDP çərçivəsində görülən və ya görülə biləcək işlərin ehtiva olunması
4. Problemin önəmi və aktuallığı
5. Məlumat qaynaqlarının mötəbərliyi
6. Jurnalist sənətkarlığı baxımından yeni jurnalistikanın tələblərinə cavab verməsi
7. Dilin və üslubun aydın və cəlbedici olması
8. Faktlardan istifadə edilməsi
9. Müxtəlif baxışların tarazlığının qorunması
Münsiflər heyyətinin 29 yanvar 2004-cü il tarixli iclasında, hər bir iştirakçıya maksiumal 800 bal olmaqla, verilən balların cəmi nəticəsində ümumi yekunun aşağıdakı kimi olduğu müəyyənləşmişdir:
1. I dərəcəli mükafat 1000$ – Vüqar Mustafayev “ Yoxsulluğa yox deyək !”( Kaspi qəzeti ¹223 2.8.11.03) - 638 bal
2. II dərəcəli mükafat 700 $ – Rauf Nəsirov “Pravo na soüialğno-gkonomiçeskoe razvitie”( Zerkalo ¹203 25.10.03) - 603 bal
3. III dərəcəli mükafat 500 $ – Süxeyl İsmayılov “ Vstretimsə çerez 12 let”( Bakinskiy raboçiy 25.11.03) - 595 bal
Beş həvəsləndirici mükafatlar (hər biri 300 $) :
- Natiq Məmmədli “Mükəmməl təhsil iqtisadi inkişafın əsas amilidir” (Yeni Azərbaycan ¹269 28.11. 03) – 591 bal
- Müşfiq Hüseynov “Minillik planı üç ildə yerinə yetirək” ( Yeni Müsavat ¹ 318 01.12.03) - 580 bal
- Nicat Nəsirli “Xəzərdən dünyaya reportaj” (STV-Azərbaycan) - 568 bal
- Canəlı Mirzəyev “Çörək və yoxsulluq” (Azərtayms 14 -20.11.03) - 562 bal
- Vaqif Bayramov –“Azərbaycanda Minilliyin Inkişaf Məqsədlərinə çatmaq üçün hansı tədbirlər görülür” (Xalq qəzeti 27.11.03) - 549 bal
Eyni zamanda, OXFAM humanitar təşkilatınin üç xüsusi mükafatına (komputer dəstləri) aşağıdakı müsabiqə iştirakçıları layiq gorülmüşlər:
- Mirsadiq Ağazadə və İsmayil Məmmədkərimov, “Körpü “filmi, Space TV
- Vüsalə Allahverdiyeva (Rauf qızı), Qadının Səsi, Radio Antenn 101 FM
- Pərviz Heydərov, “Büdcəyə bağlı yoxsulluq”, Ekspress qəzeti
Bütün qalibləri təbrik edirik.
P.S. Təqdimetmə mərasiminin vaxtı və yeri əlavə olaraq bildiriləcəkdir
Mükafatlar vergilər nəzərə alınmaqla müvafiq kursla AzM-lə verilıcəkdir.
 |