BMT-nin Azərbaycandakı Nümayəndəliyinin işçi heyəti BMT-nin Bağdaddakı Qərargahına qarşı törədilmiş hücumun birinci ildönümünü qeyd edir

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin yerli və beynəlxalq əməkdaşlardan ibarət işçi heyəti BMT-nin Bağdaddakı Qərargahına qarşı terrorçular tərəfindən törədilmiş hücumun birinci ildönümünü qeyd etmək məqsədi ilə BMT-nin Azərbaycandakı İqamətgahına toplaşdılar.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi cənab Marko Borsotti tədbirdə açılış nitqi ilə çıxış edərək faciə qurbanlarının xatirəsini yad etdi. Sonra c-b Borsotti BMT Baş katibinin bu hadisə ilə əlaqədar müraciətini tədbir iştirakçılarına çatdırmaq üçün sözü BMT-nin İctimai Əlaqələr və İnformasiya Şöbəsinin müdiri c-b Fərqan Abbaszadəyə verdi.

Mərasimdə həmçinin həlak olanlara hörmət əlaməti olaraq BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən "Həmkarlarımızın ruhunu yad edək" adlı video film nümayiş etdirildi.

Daha sonra cənab Marko Borsotti BMT-nin Azərbaycanda fəaliyyət göstərən bütün qurumlarının – BMTİP, BMTQAK, UNİCEF, ÜƏP, UNFPA, BMTİİD, ÜST, BƏT, DB, BVF, BMqT - əməkdaşlarını həlak olanların ruhunu bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.


Webmaster

© United Nations Azerbaijan 2004

English version Azeri Version