
![]() ![]() |
|
UNFPA 2004-cü il üçün Dünya Əhalisinin Vəziyyəti haqqında Hesabatla əlaqədar KİV-ə məlumat verdi
BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı Nümayəndəliyi 2004-cü il üçün Dünya Əhalisinin Vəziyyəti haqqında Hesabatla əlaqədar 28 sentyabr, 2004-cü il tarixində kütləvi informasiya vasitələri nümayəndələri üçün mətbuat konfransı keçirdi. “Qahirə Konsensusu-10 il: Əhali, Reproduktiv Sağlamlıq və Yoxsulluğun Azaldılması istiqamətində Global Səylər” adlanan builki hesabat ölkələrin əldə etdikləri nailiyyətləri əks etdirir və reproduktiv sağlamlıq proqramlarının keyfiyyəti və icrası, qadın hüquqlarının təmin olunması, ana və uşaq sağlamlığının yaxşılaşdırılması və AIDS-in qarşısının alınması istiqamətində səylərin gücləndirilməsi də daxil olmaqla Qahirə konsensusuna əməl olunmasını tələb edir. BMT-nin Əhali Fondunun Proqram üzrə baş müşaviri x-m Cəmilə Kərimova reproduktiv sağlamlıq sahəsində UNFPA-nın Azərbaycandakı fəaliyyəti, eləcə də təqdim olunmuş hesabat haqqında jurnalistlərə qısaca məlumat verdi. Tədbirə UNFPA tərəfindən dəvət olunmuş “Azərbaycan regionlarının İnkişaf Mərkəzi” milli qeri-hökumət təşkilatının prezidenti professor Çingiz İsmaylov Azərbaycan əhalisinin reproduktiv sağlamlıq göstəricilərinə dair təfərrüatlı təqdimat keçirdi
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
|
|
© United Nations Azerbaijan 2004 |