Hana Sinqer - UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin Yeni Rəhbəri

3 avqust 2004-cü il tarixində UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, xanım Hana Sinqer bu gün öz etimadnaməsini Azərbaycan Respublikası Xarici İşlər Nazirinə təqdim etmişdir.

Dr. Akif Saatcıoğlunu əvəz edərək Xanım Sinqer eyni zamanda UNICEF-in Azərbaycandakı Nümayəndəliyinə rəhbərlik edəcək ilk diplomat olacaq.

Xanım Sinqer Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi və Baltikyanı Ölklələr regionu üzrə zəngin təcrübəyə malikdir. Azərbaycana gəlməmişdən əvvəl UNICEF-in Cenevrədə yerləşən Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi və Baltikyanı Ölklələr üzrə regional ofisində fövqəladə hallar üzrə məsləhətçi vəzifəsində çalışmışdır. İşiylə əlaqədar o, regionda hər bir ölkəyə ayrı-ayrılıqda səfərlər edərək UNICEF -in ölkə üzrə nümayəndəliklərində dəyərləndirmə və təhlil, fövqəladə hallar üzrə hazırlıq və cavab tədbirləri, erkən xəbərdarlıq və fövqəladə halların qarşısını alacaq metodlar ilə bağlı texniki dəstək göstərmişdir. Eyni vəzifədə o, Özbəkistan, Tacikistan, Türkmənistan və Türkiyə ofislərində UNICEF-in fövqəladə hallar üzrə əməliyyatlarının təşkil edilməsi yoluyla Əfqanıstan və İraq böhranı zamanı UNICEF-in həyata keçirdiyi cavab tədbirlərinin koordinasiyasında rol oynamışdır.

Sinqer yeni təyinatından çox məmnundur. “Mən Qərblə Şərq arasında qarşılıqlı əlaqələrin qovuşduğu Azərbaycan kimi bir ölkədə işləyəcəyim üçün özümü çox xoşbəxt hiss edirəm”. Mən Azərbaycanın ötən bir neçə il ərzində əldə etdiyi böyük inkişafdan ölkənin bütün uşaqlarının bəhrələnməsini görmək arzusundayam. Ümid edirəm ki, mən və rəhbərlik etdiyim kollektiv bu arzunun həyata keçməsində öz töhfəmizi verəcəyik”.

Region üzrə tutduğu vəzifədən əvvəl isə o, UNICEF-in Haiti, Burundi, Maldiv adaları və Misir nümayəndəliklərində çalışmışdır.

Haitidə, UNICEF ofisində o, Səhiyyə və Qidalandırma, Təhsil və Uşaqların Müdafiəsi proqramlarının əlaqələndiricisi - Proqram Koordinatoru vəzifəsində çalışmışdır.

1999-cu ilin oktyabrından - 2000-ci ilin aprelinə qədər, ölkə üçün ən çətin və əhəmiyyətli hesab edilən bir dövrdə UNICEF-in Burundidəki nümayəndəliyinin başçısı vəzifəsinin səlahiyyətlərini həyata keçirmişdir. UNICEF-in fövqəladə hallar üzrə fəaliyyətlərinin idarə etməkdən əlavə o həmçinin Burundidə BMT-nin bütövlükdə qidalandırma və su təchizatı, ətraf mühit və sanitariya ilə bağlı humanitar müdaxilələrinin koordinasiyasını həyata keçirmişdir. O həmçinin Təhlükəsizlik üzrə idarəetmə Şurası ilə birgə əməkdaşlıq edərək ölkədə hökumətlə təhlükəsizlik haqqında protokolun tərtib edilməsində iştirak etmişdir.

Maldiv adalarında, UNICEF-in Təhsil, Erkən Uşaqlıq Dövrünün İnkişafı və Su təchizatı və Sanitariya üzrə proqramların idarə edilməsində Layihə rəhbəri kimi məsul vəzifəni həyata keçirmişdir.

UNICEF-də karyerasına kənd icmalarının inkişafı üzrə məsul şəxs olaraq 1990-cı ildə başlamışdır. Bu vəzifədə o, beynəlxalq arenada Qramen Bank modeli kimi tanınan yoxsulları hədəfə alan kredit sistemiə tərtibatına və həyata keçirilməsinə rəhbərlik etmişdir.

UNICEF-lə birgə işləməzdən əvvəl, xanım Sinqer Politologiya və Hüquq Fakultələri və İdarəetmə üzrə Sadat Akademiyasının İngilis-dili şöbəsində politologiya və sosiologiya üzrə lektor kimi çalışmışdır. O, həmçinin Qahirədə Amerika Universitetinin Sosiologiya/Antropologiya şöbəsində proferssor asistenti kimi işləmişdir.

O politologiya üzrə bakalavr (1984) və siyasi sosiologiya üzrə magistr dərəcəsini (1990) Qahirədəki Amerika Universitetinindən almışdır. O doctor işini Bradford Universitetində “Disentralizasiya üzrə Araşdırmaların Planlaşdırması və İdarəedilməsi” sahəsində müdafiə etmişdir (1992).

UNICEF-in yeni nümayəndəsi artıq oz rəsmi yığıncaqlarının təşkilinə və layihələrin həyata keçirildiyi rayonlara qısa səfərlərinə başlamışdır.


UNICEF dünyanın 158 ölkəsi və ərazisində fəaliyyət göstərir. Onun proqramları təhsil, səhiyyə, su təchizatı və uşaqların müdafiəsi kimi sahələri əhatə edir. UNICEF həmçinin hökumətlə uşaq haqlarının təkmilləşdirilməsi, və uşaqların öz gələcək həyatlarında qərar vermək hüquqlarınıa təminat verəcək ehtiva edilən siyasəti, büdcə ayırmaları və proqramları təbliğ edir.

Əlavə məlumat üçün:
Ayna Mollazadə, Media və İctimai Əlaqələr üzrə Məsul İşçi
Tel: 99412 492 3013
Faks: 99412 492 2468
E-poçt: amollazade@unicef.org


Webmaster

© United Nations Azerbaijan 2004

English version Azeri Version