|
Bratislava, Slovakiya Respublikası, 12 dekabr 2007-ci il – Bu gün işıq üzü görən “İnkişaf və Keçid Dövrü” bülletenin Dekabr buraxılışına əsasən, post-kommunist keçid dövründə Mərkəzi və Cənub-şərqi Avropada və MDB ölkələrində, kişilərlə müqayisədə qadınların məşğulluq və əmək haqqı səviyyəsinin azalması və bundan əlavə qadınların hakimiyyət orqanlarında iştirakının azalması və yaşayış şəraitinin pisləşməsi müşahidə olunurdu.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və London İqtisadiyyat Məktəbinin birgə nəşri olan “İnkişaf və Keçid Dövrü” bülleteninin başlıca məqaləsində Patrisiya Ester Marqit qadınların böyük bir hissəsinin yoxsulluq və işsizlik şəraitində iqtisadi çətinliklərdən əziyyət çəkdiklərini yazır.
Bu yaxınlarda Macarıstan Baş Nazirinin katibliyində Media və Gender Məsələləri üzrə məsləhətçi vəzifəsinə təyin olunmuş Margit “keçid dövründə qaliblərlə məğlublar arasındakı uçurum olduqca böyük olduğunu və bir çox qadınların hələ də mövcud yeni imkanlardan istifadə etmək qabiliyyətinə malik olmadığını” deyir. Hal-hazırda qadınların bütün ehtiyaclarını nəzəzrə ala biləcək əmək bazarının yaradılması uğrunda mübarizə aparılır.
Anna Matveyeva regionun, xüsusilə də Orta Asiya və Cənubi Qafqazda özünü büruzə verən ən ciddi gender problemlərini orada baş vermiş münaqişələrlə, həmçinin əhalinin gəlir səviyyəsinin nisbətən aşağı olması və cəmiyyətdə kişi və qadın rolları və vəzifələrinə dair ənənəvi gender stereotiplərin yenidən üzə çıxması ilə əlaqələndirir.
London İqtisadiyyat Məktəbi yanında Böhran Vəziyyətində olan ölkələrin məsələləri üzrə Tədqiqat Mərkəzinin dəvət olunmuş əməkdaşı Anna Matveyeva sosial narazılıqdan ən başlıca çıxışın yüksək əmək miqrasiyasında, xüsusilə də Rusiyaya (hansı ki Orta Asiyadan 70%-dən çox miqrant qəbul edir) və Qazaxıstana olan əmək miqrasiyasının olduğunu yazır.
Bu yaxınlarda BMTİP-in Azərbaycanda apardığı sorğuya görə mədəni stereotiplər ölkədə gender rollarını müəyyən etməyə davam etdirirlər. Moldova və Özbəkistandan alınan məlumatlar isə miqrasiyanın ailədə kişi və qadın arasında vəzifələrin bölgüsünə təsirindən və qadın əmək miqrantlarının üzləşdiyi problemlərdən bəhs edir.
London İqtisadiyyat Məktəbində çalışan Sara Eşvin bildirir ki, Rusiyada qadınların iş və ev təsərrüfatının idarə edilməsində “ikili yükünün” gizli üstünlükləri olduğu halda, kişilərin ev işlərindən azad olduğu və “sərxoşluğ”a haqlarının olduğu müəyyən dərəcədə rus kişiləri arasında orta ömür uzunluğunun qadınlar arasında həmin göstəricidən 14 il, Avropadakı orta ömür uzunluğu səviyyəsindən isə 16 il azdır.
Ben Sley, BMTİP-in Bratislavadakı Regional Mərkəzinin Direktoru, kişilər arasında ölüm hallarının narahatedici tendensiyalarına daha böyük demoqrafik kontekstdə baxır. O, göstərir ki, hal-hazırda Rusiyada mövcud olan bu tendensiya regionun digər bir çox ölkəsi üçün xarakterik deyil və bu Sovet İttifaqının süqutundan əvvəl başlanmışdır.
Sley yazır ki, “Rusiyanın narahatlıq doğuran ölüm halları tendensiyalarının bir çoxu Sovet İttifaqının süqutundan bir neçə onillik öncə başladığından, onları təkcə post-sovet keçid dövrü ilə bağlamaq düzgün deyil.
Bülleten haqqında: “İnkişaf və Keçid Dövrü” bülleteni BMTİP və London İqtisadiyyat Məktəbinin birgə nəşridir. Bülleten Mərkəzi və Şərqi Avropa, keçmiş Sovet İttifaqı və eləcə də Türkiyədə keçid dövrünün təbiəti, evolyusiyası və inkişaf problemlərinə dair siyasi müzakirələrin həyata keçirilməsinə imkan yaradan bir forumdur. Bülletenin bütün buraxılışlarının tam mətnini və bülleten haqqında ətraflı məlumatı http://www.developmentandtransition.net/ internet səhifəsində əldə etmək olar.
|