BMT-nin Uşaq Fondu və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası respublikada qız və oğlanları əhatə etmək məqsədilə futbolun gücündən istifadə edəcək
BAKI, 14 sentyabr 2007 – UNICEF və ölkənin əsas futbol qurumu olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) futbolun gücündən istifadə edərək, təcrid olunmuş və əlverişsiz şəraitdə yaşayan oğlanların və qızların idmanda iştirakını artırmaq, uşaqlar və gənclər arasında sağlam həyat tərzi və həyat bacarıqları haqqında bilikləri genişləndirmək və bütün respublikada qızların idmanda iştirakını artırmaq məqsədilə bu gün Anlaşma Memorandumu imzalamaqla rəsmi olaraq birgə tərəfdaşlıq kampaniyasına start verdilər.
AFFA və UNICEF bir neçə komponentdən ibarət birgə kampaniya aparmaq məqsədilə səylərini birləşdirir. Bu komponentlərə aşağıdakılar daxildir:
- Təcrid edilmiş və əlverişsiz şəraitdə yaşayan oğlan və qızlarla işləyə bilən qadın məşqçilərin sayını artırmaq məqsədilə məktəblərdə futbol məşqçiləri üçün birgə təlim kursları;
- Kənd ərazilərində, məcburi köçkün düşərgələrində və uşaq müəssisələrində əlverişsiz şəraitdə yaşayan uşaqlar üçün tanınmış futbol ulduzları tərəfindən ustad dərsləri;
- İcmada idman fəaliyyəti və tədbirlərinin təşkil edilməsi və onlara şərait yaradılmasında icmaların səfərbər olunması;
- Qadın idmançılardan qızların idmanda iştirakı üçün nümunə və təbliğatçılar kimi istifadə edilməsi və qızların idmanda iştirakını artırmaq məqsədilə ictimai maarifləndirmə kampaniyalarına start verilməsi.
“Biz futbolun gücünə inanırıq. Biz inanırıq ki, idman uşaqlara təkcə fiziki cəhətdən güclü böyüməyə deyil, həm də onları bütün həyatı boyu müşayiət edəcək etimad və özünəhörmət hissləri formalaşdırmağa kömək edir”, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Hanaa Sinqer belə demişdir.
“İdman gənclərə ədalətli oyun öyrətməyin ən güclü yollarından biridir. O, həm də rəqiblərə hörmət, birgə iş, dözümlülük və vicdanlılığı öyrədir. İdman gənclərə pozulmaqdan, narkotik maddələrdən, zorakılıqdan və digər təhlükəli davranışlardan imtina etməyə kömək edir”, o, bildirmişdir.
“AFFA həm futbolun populyarlığını, həm də gənclər arasında sağlam həyat tərzi haqqında bilikləri artıran bir sıra müxtəlif fəaliyyət və tədbirlər vasitəsilə UNICEF ilə əməkdaşlıq etməkdən məmnundur. Əlbəttə, bu həm də qızları futbol oynamağa cəlb edəcək”, AFFA-nın Baş Katibi Elxan Məmmədov demişdir. “Bu tərəfdaşlıq AFFA üçün mühümdür çünki söhbət təkcə futboldan deyil, ümumiyyətlə idman və inkişafdan gedir”.
UNICEF ilə AFFA arasında birgə iş UNICEF ilə FİFA arasında qlobal tərəfdaşlığa əsaslanacaq – 2001-ci ildən bəri hər iki təşkilat birləşərək, dünyanın ən məşhur idman növündən uşaqların əsgərlər kimi orduya cəlb edilməsinin qarşısının alınması, maarifləndirmə və müzakirələr vasitəsilə onların İİV/QİÇS təhlükələri haqqında məlumatlandırılması və qızların təhsilinin artırılması vasitəsi kimi istifadə edir.
###
Əlavə məlumat üçün əlaqə saxlayın:
Ayna Mollazadə
UNICEF İctimaiyyət və Media ilə
əlaqələr sektorunun rəhbəri
Tel: 99412 492 3013
Fax: 99412 492 2468
Email: amollazade@unicef.org
Mikayıl Quliyev
AFFA-nın ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri
Tel: 994 12 490 87 21/23
Fax: 994 12 490 87 22
E-mail: info@affa.az
|