Mətbuat üçün məlumat

PROFİLAKTİKA MÜDAFİYƏ İMMUNLAŞDIRMA

2008-ci ilin 21-27 aprel tarixdə Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcəkdir

2005-ci ilin oktyabrında Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu və regionun bir sıra üzv dövlətləri birinci Avropa İmmunlaşdırma Həftəsini keçirdilər. Avropa İmmunlaşdırma Həftəsi təşəbbüsünün əsas məqsədi mövcud olan problemə diqqəti cəlb etmək və məlumatlandırma yolu ilə əhalinin peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir. 2008-ci ildə bu təşəbbüsə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunun üzvü olan 33 dövlət qoşulmuşdur.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmə təşəbbüsünə Azərbaycan ilk dəfə 2007-ci ildə qoşuldu. 2008-ci ildə İmmunlaşdırma Həftəsi 21-27 aprel tarixində keçiriləcəkdir. Azərbaycanda immunlaşdırma həftəsinin əsas məqsədləri aşağıdakılardır:

1. Difteriya xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi;

2. Hər hansı səbəblərə görə, Milli Peyvənd Təqviminə əsasən (planlı immunlaşdırma) peyvəndlərini, xüsusən də AGDT (göy öskürək - difteriya - tetanusa qarşı) peyvəndini, tam almamış və ya kənarda qalmış uşaqların peyvəndə cəlb edilməsi;

3. 16 yaşlılar arasında difteriya əleyhinə immunlaşdırma kampaniyasının keçirilməsi məqsədilə tibb işçiləri arasında hazırlıq tədbirlərinin aparılması.

Azərbaycanda İmmunlaşdırma Həftəsinin keçirilməsində Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu, Vişnevskaya-Rostropoviç Fondu Səhiyyə Nazirliyinin əsas tərəfdaşlarıdır. İmmunlaşdırma Həftəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun yoluxucu xəstəliklərin nəzarəti üzrə eksperti, Dr. David Mercer Azərbaycana səfər edəcək.

Daha çox məlumat əldə etmək üçün xahiş edirik ki, aşağıdakı şəxslə əlaqə saxlayasınız:

Dr. Vüsalə Allahverdiyeva, ÜST-ün Azərbaycandakı Nümayəndəliyi

Telefon 498 9888 daxili nömrə 128; mobil telefon: (050) 323 14 14






Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version