Mətbuat üçün məlumat

Fikir və Söz Azadliği üzrə Xüsusi Mərüzəçinin Azərbaycana səfəri başa çatmişdir
4 may 2007-ci il



BMT-nin fikir və söz azadlığı üzrə xüsusi məruzəçisi Ambeyi Liqabo aşağıdakı bəyanatla çıxış etmişdir:
Cenevrə, 4 may - BMT-nin fikir və söz azadlığı hüququnun təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi Ambeyi Liqabonun Azərbaycan hökumətin dəvəti ilə həyata keçirtdiyi səfəri 2007-ci il aprelin 27-də başa çatmışdır.

Səfər zamanı xüsusi məruzəçi Azərbaycan Respublikasının Prezidenti Zati- aliləri cənab İlham Əliyev ilə, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, həmçinin kütləvi informasiya vasitələri və həmkarlar ittifaqlarının nümayəndləri və vənəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirmişdir. O, həmçinin diplomatik korpusun üzvləri və beynəlxalq təşkilatların yüksək vəzifəli təmsilçiləri ilə fikir mübadiləsi aparmışdır.

Azərbaycan daima müxtəlif mədəniyyətlər və milliətlərin qovşağında yerləşmişdir. Sovetlər İttifaqının dağılması və dövlət müstəqilliyinin bərpası by amilə yeni təkan vermişdir. Ölkə, iqtisadi və sosial inkişafa doğru addımlamaqla yanaşı demokratik təsisatların yaradılması və gücləndirilməsi istiqamətində səylər göstərir.

Hökumət və dövlət strukturları kütləvi informasiya vasitələrinin nümayəndələri və beynəlxalq təşkilatlarla daha açıq dialoqun aparılması istəyini ifadə etdikləri bir vaxtda media sahəsində müxtəlif çatışmazlıqlar mövcuddur: xüsusi məruzəçinin əldə etdiyi məlumatlara əsasən defamasiya cinayətlərini əhatə edən mövcud qanunvericilik bu növ xətaların cinayət tərkibli əməllər sırasından çıxarılması ilə bağlı artan meyillərə uyğun deyil və məhkəmələr media peşakarlarının mühakimə etməkdə xüsusi sərtlik nümayiş etdirirlər. Bəzən jurnalıstlər və media peşəkarları repressiya və zorakılığa məruz qalır və bəzi hüquq-mühafizə orqanlarının rəsmiləri tərəfindən təqib olunurlar. Bununla yanaşı söz və informasiya azadlığı hüququnun hərtərəfli təmin edilməsi üçün münasib iqtisadi imkanların yaradılması istiqamətindəki səylərlə birgə media nümayəndələrinin peşəkarlığının və iş əxlaqınının artırılması və bu istiqamətdə kifayət qədər vəsaitin ayrılması zəruridir.

Buna rəğmən xüsusi məruzəçi hökumət və dövlət nümayəndləri ilə keçirtdiyi görüşlərdən məmnun olduğunu bildirir və jurnalistlər arasında geniş yayılmış qorxu və senzura hissi yaradan və bunula da onların hüquqlarını məhdudlaşdıran milli siyasətlərin və bir sıra məhkəmə qərarlarının yenidən nəzərdən keçirilməsi üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə ümid edir.

Yekunda xüsusi məruzəçi BMT-nin Azərbaycandakı nümayəndəliyinə öz razılığını bildirir və onun səfəri zamanı keçirilmiş görüşlərdə verilmiş qiymətli töhfələrə görə yerli və xarici şəxsiyyətlərə, qurum və təşkilatlara, həmçinin kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyətinin nümayəndələrinə təşəkür edir.

Xüsusi məruzəçi səfərin nəticələri ilə bağlı İnsan Haqqları Şurasının sənədi kim dərc olunacaq hesabat hazırlayacaq və əldə olunmuş faktlarla bağlı Şura qarşısında çıxış edəcək.





Webmaster

© United Nations Azerbaijan 2006

English version Azeri Version