Mətbuat üçün məlumat

BAŞ KATİB
Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar müraciət

Nəyə isə artıq dərəcədə vərdiş etmək dəhşətlidir. Həmin vərdiş bizi idarə etməyə başlayır, vacib həqiqətləri inkar etməyə məcbur edir və əməllərimizin nəticələrini bizim üçün görünməz edir. Hazırda bizim dünya təhlükəli karbon vərdişinin məngənəsindədir.

Kömür və neft inkişaf etmiş ölkələrdə sənayenin inkişafına yol açdı. Sürətlə inkişaf edən ölkələr bərabər yaşayış standartlarına nail olmaq üçün indi həmin yol ilə hərəkət edirlər. Eyni zamanda, az inkişaf etmiş ölkələrdə hətta ağac kömürü kimi etibarsız və qeyri-davamlı enerji mənbələri kasıblar üçün yeganə çıxış yolu kimi qalmaqdadır.

Bizim karbon-əsaslı enerji mənbələrindən asılılığımız istixana qazlarının atmosferdəki miqdarını xeyli artırıb. Keçən il Nobel Mükafatı ilə təltif olunan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası İşçi Qrupu qlobal istiləşmənin skeptiklərini tamamilə məğlub etdi. Bizə məlumdur ki, iqlim dəyişikliyi baş verir, həmçinin havaya buraxılan karbon və digər istixana effekti verən qazların buna səbəb olmalarını bilirik.

Biz karbon qazını yalnız mədən yanacağı kimi istifadə etmirik. Dünya üzrə tropik və digər qiymətli meşələr kağız və odun üçün, otlaq və şumluq torpaq üçün kəsilir ki, müxtəlif bio-yanacaqlara artan tələbat ödənilsin. Bizim karbona vərdişimizin artan fəsadları nəyinki karbon qazının atmosferdəki miqdarını artırır, həmdə atmosfer karbonunu hopduran zəruri mənbəni məhv edərək iqlim dəyişikliyini daha da gücləndiririk.

Qlobal istiləşmənin ətraf mühitə, iqtisadiyyatlara və siyasətə olan təsiri dərindir. Ekosistem – dağlardan tutmuş okeanlara qədər, qütblərdən tutmuş tropiklərə qədər – sürətli dəyişikliklərə məruz qalır. Dənizin səviyyəsindən aşağıda yerləşən şəhərlər suyun altında qala bilərlər, münbit torpaqlar səhralara çevrilirlər və hava şəraiti getdikcə daha da gözlənilməz olur.

Bu baş verənlər hər kəsə təsir edəcək. Kasıblar hava ilə bağlı fəlakətlərin fəsadlarından və əsas ərzaqlara qiymətlərin kəskin artmasından daha çox əziyyət çəkəcəklər. Hətta ən varlı ölkələr iqtisadi enmə və getdikcə azalan ehtiyatlar üzərində gedən münaqişələr ilə üzləşəcəklər. İqlim dəyişikliyin təsirinin yumşaldılması, yoxsulluğun aradan qaldırılması və iqtisadi və siyasi stabilliyin bərqərar olunmasına yardım – bunların hamısı bir qərarın qəbul edilməsini tələb edirlər: karbon vərdişini tərgitmək. Məhz bu məsələ 2008-ci ildə qeyd olunan Ümumdünya Ətraf Mühit Gününün mövzusu olacaq. “Vərdişlərdən əl çəkin! Karbon qazından az istifadə edən iqtisadiyyata doğru” şüarı bizim vərdiş etməyimizin fəlakətli dərəcəsini etiraf edir və irəliyə yol göstərir.

Dəfələrlə reallığa qayıtmaq üçün bizə bir fəlakət yaşamağımız lazım olub. Üstümüzə gələn iqlim dəyişikliyi hökumətlər və kommersiya firmaları anlayırlar ki, qlobal istiləşmənin qarşısını alaraq biz nəinki çoxsaylı maliyyə itkilərinə məruz qalmırıq, əksinə pula qənaət edə və dünya iqtisadiyyatını canlandıra bilərik. İqlim dəyişikliyinin itkiləri saysız hesabsız olan halda, onunla mübarizəyə sərf olunmuş vəsaitlər düşündüyümüzdən qat-qat az ola bilər. Bəzi təhqiqatlara əsasən xərclər dünyanın ümumdaxili məhsulunun 1%-nı təşkil edir – doğurdan da, qlobal müharibəni aparmaq üçün çox ucuz qiymətdir.

Daha zərərsiz və effektiv bərpa olunan günəş, külək və dalğa enerjisindən istifadə etməyə imkan yaradan texnologiyalar artıq mövcuddur və ya belə texnologiyalar hazırlanmaqdadır. Xüsusi ilə də özəl sektor bu möhtəşəm və əlverişli biznes imkanından yararlanmaq üçün rəqabət aparır.

Bütün dünyada millətlər, şəhərlər, təşkilatlar və kommersiya kompaniyaları “yaşıl” qərarların qəbuluna yeni yanaşmadan baxmağa başladılar. Mən göstəriş vermişəm ki, Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı əsas binasının təmir planı ekoloji qaydalara tam riayət edilməklə tərtib olunsun. Həmçinin, mən, BMT proqramlarının, fondlarının və xüsusiləşdirilmiş agentliklərinin rəhbərlərindən xahiş etmişəm ki, tez bir zamanda karbondan istifadəni sıfır dərəcəsinə çatdırsınlar.

Bu ilin əvvəlində, BMT-nin Ətraf Mühit Proqramı iqlimə neytral təsir göstərən fəaliyyəti təbliğ edən şəbəkə yaratmışdır – “CN Net”. Bu şəbəkənin ilkin üzvləri – ölkələr, şəhərlər, kompaniyalar – inanıram ki gələcək onilliklər ərzində qərar qəbulu, ətraf mühit, iqtisadiyyat və siyasət ilə bağlı danışıqlar istiqamətini müəyyən edə biləcək bir hərəkatın pionerləridirlər.

Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətnamənin ideyası ondan ibarətdir ki, biz hamımız qərar qəbulunda iştirak edirik. Sizin adi şəxs, təşkilat, kommersiya kompaniyası və ya hökumət olmanızdan asılı olmayaraq, karbon istifadəsini azaltmaq üçün atacağınız müxtəlif addımlar mövcuddur. Bu fikri hamımız qəlbimizlə hiss etməliyik.






Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version