Mətbuat üçün məlumat

BAŞ KATİB
Ümumdünya Məskunlaşma Günü Münasibəti ilə Müraciət

10 oktyabr 2008-ci il

Dünyanın ən təxirəsalınmaz problemləri - yoxsulluq, təbii fəlakətlər, ərzaq və enerji qiymətlərinin artımıdır ki, bunların da sürətli urbanizasiya (şəhərliləşmə) prosesi ilə bilavasitə bağlılığı vardır.

Urbanizasiya bizim torpaqdan, sudan, enerjidən istifadəmizi həmişəlik dəyişir. Bunlardan yaxşı istifadə olunduğu halda, insanların seçimi olar və onların rifahına yardım edər. Əgər əksinə, yaxşı istifadə olunmazsa, o zaman təhlükəsizlik azalar, ətraf mühitin vəziyyəti daha da pisləşər, cəmiyyətdən təcrid olunmuş və yoxsul vəziyyətdə yaşayan insanların vəziyyətini daha da kəskinləşdirər.

Bu ilki Ümumdünya Məskunlaşma Gününün mövzusu “ahəng şəhərlər”dir. Xarabalıqlarda məskunlaşan insanların iş tapmaq imkanlarından istifadə edə və öz həyat şəraitlərini yaxşılaşdıra bilmədikləri bir halda bizim sürətlə urbanizasiyaya məruz qalan dünyamız ahəngdar sayıla bilməz. Və yaxud şəhər ərazilərinin genişlənməsi və böyüməsi ətraf mühitin hesabına baş verdiyi bir zamanda ahəngdarlıq ola bilərmi?

Minilliyin İnkişaf Məqsədləri 2020-ci ilədək xarabalıqlarda yaşayan 100 milyona yaxın insanın həyat şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa çağırır. 2005-ci ildə isə, inkişaf etməkdə olan regionlarda şəhər əhalisinin təxminən 1/3-i xarabalıq vəziyyətində yaşamışdır. Afrikanın Böyük Səhra ətrafında bu göstərici 60% olmuşdur, bu da o deməkdir ki, bura, məsələn, sudan istifadə, sanitariya, davamlı ev və ya kifayət qədər yaşayış yerə daha çox kapital qoyuluşu lazım olacaqdır. Lakin, bu regionda və vəziyyətin o qədər də pis olmadığı digər regionlarda belə az xərclər çəkməklə çox işlər görmək olar.

Sağlam yaşayış şəraiti ilə bərabər aşağı səviyyəli enerji istehlakı, resurslardan istifadə və onların israf olunması ilə birgə mövcud olan, müxtəlif insanların harmoniyada yaşadığı şəhərlərin balanslaşmış inkişafın pozulması üçün çox böyük potensial vardır. Biz Ümumdünya Məskunlaşma Gününü qeyd etdiyimizdən, mən bütün tərəfdaşları və bizimlə birgə çalışanları imkan olduğu qədər bu potensialı reallaşdırmağa, bizim təbii irsimizi qorumaqla və daha yaşıl və daha yaxşı inkişafa yardım edəcək şəkildə bütün qadınlar, kişilər və uşaqlar üçün layiqli həyat şəraitini yaratmağa çağırıram.






Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version