Mətbuat üçün məlumat

Azərbaycanda Dövlət Qulluğu Gününün qeyd olunması münasibəti ilə yeri icra və özünüidarə orqanlarında səmərəli idarəçilik üzrə müzakirələr


Siz bilirsiniz ki, 23 iyunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası “ictimaiyyətə dəyərli və layiqli xidməti qeyd etmək üçün” Birləşmiş Millətlər Dövlət Qulluğu Günü kimi qeyd olunur?

20 dekabr 2002-ci il tarixində BMT Baş Assambleyası 23 iyun tarixini dünyada dövlət qulluqçularının əhəmiyyətli töhfəsini nəzərə çatdırmaq məqsədi ilə Dövlət Qulluğu Günü kimi elan etmişdir. Həmin dövrdən BMT Dövlət Qulluğu Günü yüzdən çox ölkədə müxtəlif tədbirlər vasitəsi ilə qeyd edilir. Buna əlavə olaraq, BMT Dövlət Qulluğu Mükafatı üzrə hər il keçirilən müsabiqə dövlət qulluğunun rolunu və peşəkarlığını təbliğ edir və gəncləri dövlət sektorunda işləməyə həvəsləndirir.

Dövlət qulluğunun ümumilikdə cəmiyyətdə rolu və əhəmiyyəti, eyni zamanda Azərbaycanda yerli icra və özünüidarə orqanlarında səmərəli idarəçilik mövzusunda keçirilən müzakirələrdə iştirak üçün Birləşmiş Millətlər Təşkilatının İnformasiya Ofisi, Milli QHT Forumu və İnsan Hüquqları üzrə Komissarlığının təşkil etdiyi dəyirmi masaya sizləri də dəvət edirik. Dəyirmi masa 21 iyun tarixində saat 11:00-da Quba şəhərində QHT Mərkəzində keçiriləcək. Tədbir Dövlət Qulluğu Günü ilə yanaşı, İnsan hüquqları haqqında Ümumi Bəyannamədə öz əksini tapmış hüquqların təbliği və müdafiəsini nəzərdə tutan il boyu davam edən fəaliyyət növünün bir hissəsi olacaq.

Dövlət Qulluğu bir çox hallarda dəyişikliklər üçün mərkəz ola bilər. Birləşmiş Millətlər Təşkilatının Minilliyin İnkişafı Məqsədlərinə nail olmaq üçün dövlət qulluğu əhəmiyyətli rol oynayır. “Gün üzv dövlətləri cəmiyyətdə dövlət qulluğunun əhəmiyyəti və üstünlüklərini qeyd etmək üçün xüsusi tədbirlər təşkil etməyə, dövlət qulluqçularının işlərinə ehtiram göstərmək və onların ölkənin inkişafında töhfələrini qeyd etməyə imkan yaradır” - deyə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi xanım Envera Selimoviç bildirdi.

Bu günü qeyd etməklə, biz hamını Azərbaycanda dövlət qulluğunun hazırkı vəziyyəti və gələcəyi ilə tanış olmağa dəvət edirik. Şübhəsiz ki, Günü qeyd etmək üçün çox səbəb var. Bu, eyni zamanda, mövcud vəziyyəti öyrənmək, eyni zamanda, dövlət qulluqçularının ölkənin inkişafı və Azərbaycan xalqının rifahı üçün etdikləri və edə biləcəklərini qeyd etmək üçün imkandır.

Vaxt: 21 iyun 2008-ci il, 11:00-13:00
Harada: QHT Regional Resurs və Təlim Mərkəzi
(Yusif Qasımov küç. 9, Quba, tel: 0 169 50496 (ofis), mob: 050 351 0448)

Redaktorlar üçün qeyd: Müxbirlərinizi tədbirə göndərməkdə maraqlısınızsa xahiş edirik öncədən un-dpi@un-az.org ünvanına məktub göndərməklə və ya 498 98 88/119 və ya 218 nömrələrinə zəng etməklə bildirəsiniz.






Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version