Dözümsüzlük, siyasi iflas və müharibənin uzun və dağıdıcı tarixi var. Hələ də siyasi sistemlərin stabil olmaması, cəmiyyətlərin dağıdıcı zorakılıq yoluna düşmələri təqibdən xilas olmaq üçün öz evlərini tərk etməyə məcbur edilmiş insanların müdafiəsi istiqamətində humanitar tədbirləri daha da vacib edir. Tarix boyu, əsrlərlə ehtiyacı olan insanlara sığınacaq verilmişdir və bu bəşər sivilizasiyasının erkən işarələrindən biridir. Bu müddəa bu il 60 illiyi qeyd olunan İnsan Hüquqları barədə Ümumi Bəyannamənin 14-cü maddəsində öz əksini tapmışdı. “Hər kəsin təqibdən qorunmaq üçün başqa ölkələrdə sığınacaq axtarmaq və bu sığınacaqdan istifadə etmək hüququ var”
1952-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınların Statusu üzrə Konvensiyası qaçqınları vətəndaşı olduğu və ya doğulduğu andan yaşadığı ölkəsindən kənarda olan və irqi, dini, milliyyəti, hər hansı bir sosial qrup və ya siyasi cərəyana üzvlüyə görə təqib olunan şəxs kimi müəyyən etmişdir. 1951-ci ildən etibarən insanların məcburi köçürülməsi daha mürəkkəb məsələyə çevrilmişdir. Qaçqını, aclıqdan xilas olmaq üçün sərhədi keçməyə çalışan insandan ayırmaq çox hallarda çətinlik yaradır. Əhalinin axını qarşılıqlı faktlar əsasında baş verir və insanların tez-tez yerdəyişmələrinə olan maneələr aradan qalxdığına görə məcburi köçkünlərin müdafiəsi getdikcə çətinləşir.
İnsanları öz evlərini tərk etməyə məcbur edən daha geniş yayılmış səbəblər olan və resursların getdikcə azalması və ərzaq çatışmamazlığı ilə daha da genişlənən münaqişə və yoxsulluq, iqlim dəyişikliyi kimi faktorlar gələcəkdə təhlükəsizliyin təmini sahəsində vəziyyətin pisləşməsinə səbəb ola bilər. Bu çətin tapşırıqları sığınacağın verilməsinin hazırda əsasən qeyri-proporsional olaraq inkişaf etməkdə olan ölkələrin üzərinə düşməsi daha da çətinləşdirir. Bir çox inkişaf etmiş ölkələrdə ictimai təqiblərdən fərqli olaraq, inkişaf etməkdə olan ölkələr məhdud resurslarına baxmayaraq qaçqınların qəbul edilməsi məhz bu ölkələrin üzərinə düşür.
Keçən il qaçqınların dünyada ümumi sayı 16 milyondan artıq həddə çatmışdır. Mən beynəlxalq icmaya səslənərək məcburi köçkünlün səbəblərini və bunun nəticələrini aradan qaldırmaq üçün səylərinin daha da artırılmasına çağırıram. Müdafiənin daha da bərabər paylanması üçün beynəlxalq həmrəyliyin artırılması çox vacibdir.
Mən qaçqınların müdafiəsi və vətənlərinə qayıtmaqda yardıma görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına öz minnətdarlığımı bildirirəm. Biz təqibdən qaçan şəxslərin öz gündəlik ehtiyaclarını ödəyərkən qarşılaşdıqları çətinlikləri nəzərdən qaçırmamalıyıq.
Bizim məqsədimiz qaçqınların bir gün öz evlərinə qayıtmaq üçün azad olduqlarını təmin etməkdir. Ümumdünya Qaçqınlar Günündə gəlin bütün qaçqınların sığınacağa olan hüququnu bir daha təsdiq edək və gəlin onların layiq olduğu tam müdafiəni təmin etmək üçün əlimizdən gələni əsirgəməyək.
|