Mətbuat üçün məlumat

BAŞ KATİB
NARKOTİKLƏRDƏN SUİ İSTİFADƏ VƏ QANUNSUZ DÖVRİYƏSİNƏ QARŞI MÜBARİZƏ GÜNÜ MÜNASİBƏTİ İLƏ MÜRACİƏT

26 İyun 2008-ci il

On il bundan öncə dünyada narkotiklərlə bağlı problemin ciddiliyini nəzərə alaraq Birləşmiş Millətlər Təşkilatının Üzv dövlətləri narkotiklərin təchizatı və ona olan tələbatı azaltmaq üçün güclü fəaliyyət planlarını öhdəliklərinə götürdülər.

Bu gün narkotiklər insanların həyatlarını məhv edir, cinayətlərə səbəb olur və davamlı inkişafı təhlükə altına qoyur. Bunula yanaşı bu gün bizim narkotiklərdən sui-istifadə və onun qanunsuz dövriyyəsinin necə qarşısının alınması barədə daha yaxşı anlayışımız var. Siyasətçilər narkotiklərdən asılılıq və narkotiklərdən istifadəyə meyllik barədə mövcud faktlara diqqət yönəldə bilərlər. Beynəlxalq əməkdaşlıq və texniki yardım hüquq mühafizə orqanlarının imkanlarını daha da artırır. Getdikcə artan inkişafa yardım, yoxsulluğun və fermerlərə davamlı alternativlər təklif etməklə qeyri qanuni məhsulların satışının azaldılmasına kömək edir. Profilaktik və müalicə tədbirlərinə geniş diqqət yetirməklə sağlamlığı narkotiklərə nəzarət strategiyasının mərkəzinə qoyur və HİV/AİDS-in yayılmasının qarşısını alır. Eyni zamanda, ictimaiyyət və dövlətlər narkotiklərə nəzarətin hamının iştirakının vacib olduğu ümumi öhdəlik olması barədə razılığa gəlirlər.

Bizim narkotiklərə meylliyi azaltmaq üçün görəcək çox işlərimiz var. Zəif ədliyyə sistemi və məhdud hüquq mühafizə imkanları olan dövlətlər cinayət, korrupsiya və qeyri stabilliyə səbəb olan və Minilliyin İnkişaf Məqsədlərinin uğurlu həyata keçirilməsini təhlükə altına qoyan narkotiklərin qanunsuz dövriyyəsinin azaldılması üçün yardıma ehtiyac dururlar.

İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin 60 –cı ildönümünü qeyd edərkən, mən bütün Üzv ölkələrə narkotik asılılığı olan və ya narkotiklə bağlı cinayətlərə görə həbsdə olan məhbusların hüquqlarına, xüsusilə də yaşamaq və ədalətli məhkəmə araşdırması hüquqlarına tam hörmətlə yanaşmaq məsuliyyətlərini xatırladıram. Həmçinin mən Üzv ölkələri narkotik asılılığı ilə mübarizə edən insanlara tibbi və sosial xidmətlərdən istifadə etmək imkanını tam bərabər şəkildə təmin etmələrinə çağırıram. Heç kim narkotik asılılığına görə nə rüsvay nə də diskriminasiya olunmalıdır.

Son on il ərzində edilən birgə səylər nəticəsində biz bütün dünyada narkotik probleminin anlanmasını və narkotiklərin şəxslərə, onların sevdiyi insanlara, icmalara və dövlətlərə olan dağıdıcı təsirinin azaldılması və bu məsələnin həlli yolunda öz bacarığımızı gücləndirmişik. Bu Beynəlxalq Narkotikdən Qanunsuz İstifadəyə Qarşı Mübarizə Günü, gəlin birləşərək narkotiklərin dağıdıcı təsirini azaldaq və onun qarşısını alaq, və bununla daha sağlam və təhlükəsiz dünya quraq.




Webmaster

© United Nations Azerbaijan 2007

English version Azeri Version