Bu ilki Günün mövzusu olan “kənd təsərrüfatının davamlı inkişafı üçün torpağın deqredasiyasına qarşı mübarizə” torpağın bəşəri miras kimi necə əhəmiyyətli olduğunu və insanlığın onsuz mövcud olmasının mümkünsüzlüyünü qeyd edir. Torpaq deqredasiyası Yerin əkin sahələrinin istifadəyə yararlı mühüm hissəsinə təsir edir, bu da öz növbəsində insanların yaşamına və ölkələrin iqtisadi inkişafına birbaşa təsir edir. Bu kənd təsərrüfatında iqtisadi itkilərə, yerli və regional ərzaq bazarlarının balansının pozulmasına və sosial və siyasi qeyri-stabilliyə səbəb olur.
Əhalinin sayı artdıqca kənd təsərrüfatı mallarına olan tələb artır və beləcə torpaqdan istifadənin ənənəvi sistemi öz rolunu itirir. Bu problem mono – mədəniyyət kimi yeni təcrübələrin istifadəsi ilə daha da dərinləşir. Xüsusi diqqət ayırmadan daha çox məhsuldar ərazi istifadəyə verilir və yoxsul fermerlər və çobanlar istifadəyə yararlı olmayan torpaqlara doğru sıxışdırılırlar. Torpaq deqredasiyası xüsusilə qadınlar üçün çətinlik yaradır. Qadınlar becərmə, emal, idarəetmə və ərzaq məhsulları və digər təbii ehtiyatların ticarəti kimi fəaliyyətlərə vaxt və əmək ayırırlar.
Yoxsulluğun azaldılması və quraq ərazilərin ekosistemlərinin müdafiəsini nəzərdə tutan Birləşmiş Millətlər Təşkilatının Səhralaşmaya qarşı Mübarizə Konvensiyasında bu mövzu tam öz əksini tapmışdır. Hazırda Konvensiya quraqlığın və istifadəyə yaramayan torpaqların bərpası və insanlar üçün daha çox qida istehsal etmə mənasında yeganə beynəlxalq qanuni strukturdur. Həmin istifadəsiz torpaqlar həmçinin bio-yanacaq istehsalında istifadə etmək olar. Bu həmin torpaqda yaşayan sakinlərə yeni faydalar vermə anlamında da yaralı ola bilər.
Dünyanın yoxsul təbəqəsinin təxminən yarısının yaşadığı quraq və istifadəyə yaramayan torpaqların gərəksiz olmadığını beynəlxalq ictimaiyyətin dərk etməsinin zamanı çatmışdır. Əlbəttə ki, bu yerlər kənd təsərrüfatı sahəsində həm ərzaq, həm də enerji ehtiyaclarının təmin edilməsi üçün potensial ərazilərdir. Gəlin torpaq itkilərini və deqredasiyanı aradan qaldırmaq sahəsindəki öhdəliyimizi yada salaq. Gəlin keçən il Madriddə qəbul edilmiş 10 illik strategiya həyata keçirilməsinə əmin olaq. Bu Səhralaşma və Quraqlığa Qarşı Ümumdünya Mübarizə Günündə özümüzü bu missiyaya həsr edək.
|