Qara Qızılı İnsan Qızılına Çevirək

"QHT Şəbəkəsi" layihəsi çərçivəsində fəaliyyət göstərəcək QHT-lər üçün təlim kursu

Bakı, 18-20 aprel 2005-ci il - Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Regional Yardım Proqramının fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycanda narkomaniya sahəsində fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının Şəbəkəsinin yaradılması və narkomaniya ilə mübarizənin gücləndirilməsi məqsədi ilə "QHT Şəbəkəsi" layihəsi fəaliyyət göstərir.

Aprel ayının 18 - 20 də beynəlxalq ekspert cənab Yan Vorisekin iştirakı ilə "QHT Şəbəkəsi" layihəsinə cəlb olunmuş QHT-lərin işçi heyyəti üçün "Delfin" otelində təlim kursu keçirilmişdir. Təlim kursunun keçirilməsində əsas məqsəd təlim iştirakçılarını narkotiklərin profilaktikası sahəsində yeni yanaşmalarla tanış etmək, şəbəkənin prinsipləri, koalisiyanın formalaşdırılması sahəsində biliklərə yiyələndirmək və həmçinin respublikamızın müxtəlif bölgələrində həyata keçiriləcək 3 pilot layihələrin ilkin variantlarının işləyib hazırlamaqdan ibarətdir. Təlim kursuna hər bir QHT-dən 2 nümayəndə cəlb olunmuşdur.

"QHT Şəbəkəsi" layihəsinin fəaliyyət planına uyğun olaraq Şəbəkə çərçivəsində fəaliyyət göstərəcək QHT-lərin müəyyən olunması məqsədi ilə bir neçə mərhələdən ibarət olan müsabiqə keçirilmişdir. Belə ki, yerli və beynəlxalq ekspertlərin tövsiyyələrinə əsasən QHT-lərin seçilməsi məqsədi ilə xüsusi Müraciət Forması hazırlanmış və bir ay müddətində SCAD və BMTİP-in internet səhifələrində yerləşdirilmişdir. Müsabiqə müddətində layihəyə 30-a yaxın yerli QHT müraciət etmişdir. Bir neçə mərhələli seçim prosesindən sonra ekspertlər qrupunun tövsiyyələrinə əsasən "QHT Şəbəkəsi" çərçivəsində fəaliyyət göstərəcək 7 QHT müəyyən olunmuşdur. Bundan əlavə regionlardan olan 2 QHT-nin də təlim kurslarına cəlb olunması məqsədəmüvafiq hesab olunmuşdur.

Təlim kursu sona çatdıqdan sonra 3 pilot layihənin son variantların işlənib hazırlanaraq 2005-ci il may ayının 6-na qədər SCAD Proqramının "QHT Şəbəkəsi" layihəsinə təqdim olunacaqdır.

Pilot layihələr profilaktika, narkomanların müalicəsi/reabilitasiya imkanlarının nəzərdən keçirilməsi və ineksiya vasitəsi ilə narkotiklərdən istifadə edən şəxslər arasında ziyanın azaldılması strategiyasının tətbiqini nəzərdə tutur

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Məzahir Əfəndiyev
Layihənin milli koordinatoru
Tel: 493 15 13