Xaçmazda Regional Turizm İnformasiya Mərkəzi açıldı
Xaçmaz, 26 iyul, 2005-ci il - Turizm sektoruna yaratdığı mənfəət və imkanlar baxımından üstünlük verilsə də, turizm və yoxsulluğun azaldılması arasında qarşılıqlı asılılığın mövcud olması fikri artıq daha geniş şəkildə qəbul olunmaqdadır. Belə ki, turizm əmək tutumlu və kiçik biznes imkanları yaradır və xeyli sayda qadın və təcrübəsiz gənclərin işlə təmin edilməsinə kömək edir. Turizmin hərtərəfli inkişafından cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də kənd əhalisi yararlanır ki, bu da yoxsul insanların səlahiyyətlərini artırır.
Yerli turizmin səmərəli inkişafına kömək etməklə turizmi Azərbaycanda yoxsulluğun azaldılmasında mühüm vasitəyə çevirmək üçün BMT-nin İnkişaf Proqramı (BMTİP) və Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən adı çəkilən Nazirliyə hərtərəfli dəstəyin təmin edilməsi məqsədi ilə birgə layihə icra edilir: i) regionların ətraf mühit, iqtisadi və sosial davamlılığını təmin etmək məqsədi ilə turizm xidməti təchizatçılarını öz fəaliyyətlərində irəliləyişlər nümayiş etdirməyə rövnəqləndirmək üçün stimullar və texniki dəstək təqdim etməklə turizmin inkişafı potensialına malik regionlarda Turizm İnformasiya Mərkəzləri açmaq və ii) özəl sektor, təhsil müəssisələri və icmalar daxil olmaqla, turizm sənayesinə cəlb edilmiş beş hədəf qrupunun ehtiyaclarını ödəyən səciyyəvi təlim proqramlarını tərtib etmək.
İyulun 26-da Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyev, BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi cənab Marko Borsotti və Azərbaycan Respublikası Gənclər, İdman və Turizm naziri cənab Əbülfəs Qarayevin iştirakı ilə Xaçmazda ilk regional Turizm İnformasiya Mərkəzi (TİM) açıldı. Birgə layihə təşəbbüsü haqqında ölkə başçısına məlumat verən cənab Qarayev TİM-lərin, yalnız regionun mövcud turizm potensialı haqqında informasiyanın yayılmasında deyil, həmçinin gəlir mənbələrinin yaradılması və yeni iş yerlərinin açılması hesabına yerli iqtisadiyyatın hərtərfəli inkişafında mühüm rol oynayacağını vurğuladı.
Prezident İlham Əliyev son illər ərzində istər ölkə, istərsə də regional səviyyədə turizm sektoruna investisiya qoyuluşunun artdığını və Azərbaycanda turizmin güclü və davamlı inkişafının təmin edilməsində özəl sektorun həlledici rol oynadığını qeyd etdi. Prezidentin fikrincə, "Xaçmazın unikal təbii gözəlliyi və cəlbedici istirahət guşələri regional turizmin inkişafına sərmayə qoyuluşu üçün yeni imkanlar açır ki, bu da yolların və infrastrukturun yaxşılaşdırılmasına və turizm məhsulları və xidmətlərinin səviyyəsinin yüksəldilməsinə təkan verir."
Cənab Qarayev ölkə ərazisində ümumilikdə 242 turist istirahət guşələrinin fəaliyyət göstərdiyini əlavə etdi. Xaçmaz regionunda 50-dən artıq istirahət zonası fəaliyyət göstərir ki, bunlardan 30-dək mərkəz son dörd il ərzində yaradılmışdır. Regional TİM Dəvəçi, Siyəzən və Xızı rayonları daxil olmaqla Xaçmazdan Abşeronadək bütün Xəzərboyu sahil xəttini əhatə edəcək. Yaxın gələcəkdə layihə çərçivəsində daha altı regional TİM-in (Şamaxı, Şəki, Quba, Gəncə, Lənkəran və Naxçıvan) açılışı nəzərdə tutulur. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin texniki dəstəyi ilə, bütün TİM ofisləri bu yaxınlarda yaradılacaq veb portal vasitəsilə ümumi şəbəkəyə birləşdiriləcəklər.
Tədbirdə çıxış edən cənab Marko Borsotti yoxsulluğun azaldılması üçün mühüm olan iki xüsusi amili qeyd etməklə turizm ilə yoxsulluğun azaldılması arasında yaranmaqda olan bağlılığın mühümlüyünü vurğuladı: birincisi, turizm əmək tutumlu sahədir və kiçik həcmli biznes imkanları yaradır; ikincisi, bu sektor kənd yerlərində məşğullun yaradılması potensialına malikdir. "Biz həqiqətən inanırıq ki, turizm qeyri-neft sektorunun inkişafı üçün güclü potensiala malikdir və Azərbaycan Hökumətinin yoxsulluğun azaldılması strategiyası ilə həmahəng olan belə təşəbbüsləri tamamilə dəstəkləyirik".
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n İradə Əhmədova
BMTİP-in Müşaviri
Tel: (+99412) 498 98 88 (əlavə.117)
|