BMT-nin Ticarət və İnkişaf Konfransı MİM-lərə nail olunmasında Rəqabət Siyasətlərinin roluna həsr olunmuş beynəlxalq konfrans keçirdi
27-28 sentyabr 2005-ci il tarixində Bakıda BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Keçid dövrünü yaşayan ölkələrdə MİM-lərə nail olunmasında Rəqabət Siyasətlərinin rolu" mövzusunda beynəlxalq konfrans keçirildi.
20 ölkədən 100-ə yaxın nümayəndəni bir araya gətirən konfransda açılış nitqi ilə çıxış edən İqtisadi İnkişaf Naziri cənab Fərhad Əliyev Azərbaycan Respublikası Prezidentinin müraciətini tədbir iştirakçılarına çatdırdı. Müraciətdə cənab Prezident vurğulamışdır ki, 2000-ci ildə Nyu-Yorkda keçirilən Ümumdünya Sammitində BMT-nin Minillik Bəyannaməsini qəbul edən Azərbaycan MİM-lərə nail olmaq üçün zəruri tədbirlər görür. Bu tədbirlərə yoxsulluğun azaldılması və əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi istiqamətində səylər, eləcə də sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün mühüm islahatlar daxildir. Tədbirdə UNCTAD-ın Rəqabət və İstehlak Siyasəti Departamentinin rəhbəri cənab Filip Brusak və BMTİP-in Rezident Nümayəndəsinin müavini cənab Devid Ayzenberq çıxış etdilər.
Tədbirin ikinci günü "Keçid dövrünü yaşayan ölkələr üçün imkanlar və perspektivlər: Rəqabət və MİM-lər" mövzusuna həsr olundu. Müxtəlif ölkələrin nümayəndələri təmsil etdikləri ölkələrdə rəqabət və MİM-lərin qarşılıqlı təsiri haqqında hərtərəfli təqdimatlar nümayiş etdirdilər. Devid Ayzenberqin təqdim etdiyi "Azərbaycanın qlobal rəqabətliliyinin artırılmasında MİM-lərin rolu" adlı prezentasiya Azərbaycanda iqtisadi artım, yoxsulluğun azaldılması və MİM-lərə nail olunması istiqamətində əldə edilmiş nailiyyətlərə həsr olunmuşdu.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-n Gülşən Rzayeva
Baş müşavir
Tel: (+99412) 498 98 88 (əlavə.110)
|