Science.Az - Müsabiqənin qaliblərindən biridir

Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

"Azərbaycan E-Kontent 2005 Mükafati" Milli Müsabiqəsinin qalibləri müəyyənləşdi

Bakı, 8 avqust 2005-ci il - 8 avqust 2005-ci ildə Bakının Hyatt Park otelində "Azərbaycan E-Kontent 2005 Mükafatı" Milli müsabiqəsinin Mükafatlanma Mərasimi keçirilmişdir. "Azərbaycan E-Kontent 2005 Mükafatı" World Summit Award təşkilatının 168 ölkənin iştirak ilə keçirdiyi "E-Content" beynəlxalq müsabiqəsinin milli qoludur. Azərbaycanda bu müsabiqə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramının "Milli E-İdarəçilik Şəbəkəsi Təşəbbüsü" birgə layihəsi tərəfindən dəstəklənir. Müsabiqənin sponsorları "AzEvroTel" Azərbaycan-Britaniya müştərək müəssisəsi və "SİNAM" şirkətidir.

Tədbirdə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov, Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov, Təhsil naziri Misir Mərdanov çıxış etmişlər.

"Azərbaycan E-Kontent 2005 Mükafatı" müsabiqəsinin direktoru İlyas Əylisli-Naibov çıxışında bu tədbirin bütün dünyada həyata keçirilən və birbaşa olaraq insanlar xidmət edən layihələrinə baxış olduğunu qeyd etmişdir. Onun fikrincə, "Azərbaycan E-Kontent 2005 Mükafatı" İKT sahəsində hal-hazırda daha çox ölkələri cəlb edən müsabiqə sayla bilər. World Summit Award təşkilatının belə çox iştirakçı cəlb etməsi bu müsabiqənin nüfuzundan xəbərə verir.

Mərasimdə "Azərbaycan E-Kontent 2005 Mükafatı" müsabiqəsinin nominasiyalar üzrə qalibləri elan olunmuşdur. Müsabiqə 8 nominasiya üzrə keçirilmişdir. "E-Cəlbetmə" nominasiyası üzrə Heydər Əliyev Fondunun hazırladığı www.azerbaijan.az, "e-İdarəçilik" nominasiyası üzrə Əsir və itkin düşmüş, girov göturulmüş vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının www.human.az, "e-Elm" nominasiyası üzrə Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun www.science.az, "e-Mədəniyyət" nominasiyası üzrə "Musiqi Dünyası" jurnalının www.musigi-dunya.az, "e-Əyləncə" nominasiyası üzrə "MediaDizaynTeç" veb-studiyasının hazırladığı www.jazz.az internet-resurslar qalib müəyyən olunmuşlar. "E-Təhsil" nominasiyası üzrə qalib Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayevin "Ümumtəhsil məktəblərində tədrisin idarə olunmasının informasiya texnologiyaları əsasında qurulması" layihəsi layiq görülmüşdür.

Münsiflər heyəti "e-biznes" və "e-səhiyyə" nominasiyaları üzrə standartlara cavab verən layihə olmadığına görə bu istiqamətlər üzrə qalibləri müəyyən etməmişlər.

Qalib gəlmiş nominantlar Azərbaycanı World Summit Award (WSA) təşkilatının keçirdiyi "E-Content'05" beynəlxalq müsabiqəsində təmsil edəcəklər. World Summit Award müsabiqəsinin yekun mərasimi bu ilin noyabrında Tunisdə, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya sammiti çərçivəsində keçiriləcəkdir. Müsabiqə haqqında ətraflı məlumat www.award.az. Internet resursunda yerləşdirilmişdir.

Azərbaycanda keçirilən milli müsabiqə təmamilə World Summit Award təşkilatının standartlarına uyğundur. "E-Content" beynəlxalq müsabiqəsi xüsusi olaraq İnformasiya Cəmiyyəti üzrə Ümumdünya sammiti çərçivəsində yaradılıb. Hal-hazırda bu müsabiqədə Azərbaycan da daxil olmaqla 168 ölkə iştirak edir.

"Azərbaycan E-Kontent'05 Mükafatı" Milli müsabiqəsi informasiya kommunikasiya texnologiyaları (İKT) sahəsində ən yaxşı layihələrin qiymətləndirilməsinə yönəlib. Qaydalara görə, müsabiqədə şəbəkə layihələri, multimedia əlavələri, kompüter proqramları, elektron dərsliklər, internet-saytlar və s. iştirak edə bilər.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Sultan Hacıyev
BMTİP-in Baş müşaviri
Tel: (+99412) 498 98 88 (əlavə.143)