Pilot layihələrin yekununa dair konfrans keçirilmişdir
May ayının 12 - də Bakı Əyləncə Mərkəzinin "Eliza" konfrans zalında SCAD proqramının "QHT Şəbəkəsi" layihəsi çərçivəsində respublikamızın müxtəlif bölgələrində həyata keçirilən layihələrlə bağlı yekun nəticələr, o cümlədən layihənin ekspertləri tərəfindən hazırlanmış tövsiyə xarakterli təkliflərin beynəlxalq və dövlət qurumlarının, həmçinin sözügedən problemlə mübarizə aparan aidiyyatı təşkilatların diqqətinə çatdırılması məqsədi ilə konfrans keçirilmişdir.
Konfransı giriş sozü ilə açan BMT -nin İnkişaf Proqramının Hüquq - Mühafizə Orqanları ilə İş Bölməsinin rəhbəri Məzahir Əfəndiyev tədbirin mahiyyəti ilə bağlı iştirakçıları məlumatlandıraraq, son dövrlərdə respublikamızda narkotiklərin sui -istifadəsi, qaçaqmalçılığın aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı ətraflı məlumat verdi. Onun sözlərinə görə keçən il Milli Məclisdə bu istiqamətdə qəbul olunan qanun dövriyyədən qanunsuz narkotik vasitələri çıxartmağa və onların qanuni dövriyyəsinə nəzarət etməyə imkan verir.
Əgər 2001-ci ildə dövriyyədən 2-3% qanunsuz narkoik vasitələri müsadirə olunurdusa, hal-hazırda bu rəqəm 15%-ə çatmışdır.
Tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsrafil Əliyev, QHT Forumun prezidenti, millət vəkili Azay Quliyev və Avropa Evinin koordinatoru Volfgang Sporrer çıxış edərək, narkotiklərlə bağlı maarifləndirmə işinin aparılmasında QHT sektorunun rolunu xüsusi vurgulayaraq belə bir şəbəkənin fəaliyyətini yüksək qiymətləndirmişlər.
Daha sonra "QHT Şəbəkəsi"nin rəhbəri Tural İsmayılov həyata keçirilmiş pilot layihələrlə bağlı ətraflı təqdimat etdi və layihənin mütəxəssisləri tərəfindən hazırlanmış tövsiyyələri tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbir tövsiyyələrin müzakirəsi və digər çıxışlarla davam etdirildi.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına üzv olan dövlət strukturlarının, respublikamızda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların və yerli QHT-nin nümayəndələri iştirak etmişlər.
Əlavə məlumat üçün:
QHT Şəbəkəsi layihəsinin rəhbəri
C-b Tural İsmayılov
Tel: 598-06-55
|