BMT-nin Azərbaycana yeni təyin olunmuş Rezident Əlaqələndiricisi öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etdi
Bakı, 27 fevral 2007-ci il - Bu gün cənab Bruno Pueza Birləşmiş Millətlər Təşkilatının (BMT) Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) və BMT-nin Əhali Fondunun (UNFPA) Rezident Nümayəndəsi kimi öz etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim etdi.
Fransa vətəndaşı və peşəkar BMT əməkdaşı cənab Pueza 2002-ci ilin avqust ayından 2007-ci ilin yanvar ayınadək BMT-nin Moldova Respublikasındakı Rezident Əlaqələndiricisi, BMTİP və UNFPA-nın Rezident Nümayəndəsi vəzifəsində çalışmışdır. Cənab Puezanın daha öncəki vəzifələri 2001-2002-ci illərdə BMTİP və UNFPA-nın Küveytdəki ofisinin müvəqqəti rəhbəri, 1999-2001-ci illərdə BMTİP Administratorunun müavinin xüsusi müşaviri (Nyu York), 1997-1999-cu illərdə BMTİP-in Monqolustandakı Rezident Nümayəndəsinin müavini, Proqramlar Departamentinin Direktoru olmuşdur. 1986-1996-cı illərdə cənab Pueza BMTİP-in Banqladeş, Somali və Vyetnamdakı nümayəndəliklərində Rezident Nümayəndənin müavini, Uqanda və Mali nümayəndəliklərində isə Baş Proqram müşaviri olmuşdur. BMTİP-də fəaliyyətə başlamazdan öncə, cənab Pueza Fransanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində çalışmışdır.
Cənab Pueza Birminqam Universitetinin (Birləşmiş Krallıq), Ecole Sup?rieure des Travaux Publics (Paris, Fransa) məktəbinin və Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi məktəbinin (ABŞ) magistr dərəcələrinə malikdir. O, həmçinin İsveçrənin Menecment İnkişafı İnstitutunda təhsil almışdır.
Həyat yoldaşı xanım Katerin Bents-Pueza diş cərrahıdır. O, cənab Puezanı müşayiət edir və Fransa vətəndaşıdır.
Daha ətraflı məlumat üçün:
Cənab Fərqan Abbaszadə
BMT-nin Rezident Əlaqələndiricisinin
İctimai Əlaqələr və İnformasiya məsələləri üzrə müşaviri
tel: 498 98 88 (əlavə.111)
|