Azərbaycan ərazilərin minalardan təmizlənməsinə dair Cənub-Şərqi Avropa görüşünə ev sahibliyi etdi
Bakı, 29 sentyabr 2004-cü il - Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Şərqi-Avropa Koordinasiya Şurasının 12-ci Iclası keçirildi.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Şərqi-Avropa Koordinasiya Şurasının (SEEMACC) yaradılmasına dair saziş Albaniya (AMAE), Xorvatıstan (CROMAC), Bosniya və Hersoqovinanın (BH MAC) Ərazilərin Minalardan Təmizlənməsi üzrə Mərkəzlərinin direktorları və Beynəlxalq Minalardan təmizləmə və Mina Qurbanlarına Yardım Fondunun direktoru tərəfindən 2000-ci il noyabrın 30-da imzalanmışdır. mərkəz rəhbərlərinin 2000-ci il aprelin 13-də keçirilən ilk iclasında Bu sahədə bilik, təcrübə və fikir mübadiləsinin aparılmasına ehtiyac hissi duyuldu ki, bu da Koordinasiya Şurasının yaradılmasına səbəb oldu.
Seminarda BMT-nin İnkişaf Proqramının nümayəndələri, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndələri və pilot rayonlarının təmsilçiləri, Quba Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Layihənin İcrası üzrə Qrupun, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Bu sahədə maraqlı olan istənilən ölkə SEEMACC-a üzv olmaq imkanına malikdir. SEEMACC-ın əsas amalı Cənub-Şərqi Avropanın 2010-cu ilədək mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və mina/partlamamış hərbi sursat maneəsi olmadan sosial-iqtisadi inkişafa nail olunmasından ibarətdir. SEEMACC-ın üzv və müşahidəçiləri bunlardır: AMAE, ANAMA, BH MAC, CROMAC, CTDT Croatia (sınaq, Inkişaf və Təlim Mərkəzi), ITF, Monteneqro, MAC Belqrad, MDD Center BH və UNMIK Kosova ( EOD Mencment bölməsi).
SEEMACC-ın iclasları müxtəlif üzvlər tərəfindən növbə ilə təşkil olunaraq ildə ən azı dörd dəfə keçirilir.
Azərbaycan bu quruma 2002-ci ilin fevral ayında öz xahişi ilə üzv olmuşdur. Bu ölkə, ərazilərin minalardan təmizlənməsi prosesində müəyyən təcrübəsi olan, minalarla əlaqədar fəaliyyətin tələb olunan səviyyədə və beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi üçün potensiala malik bir mərkəz kimi öz üzvlüyünü təklif etmi.dir. SEEMAC-ın Bakıda keçirilən növbəti iclasında SEEMAC üzvü olan qurumlardan 11 nümayəndə, eləcə də Azərbaycanda akkreditə olunmuş və ölkə ərazisinin minalardan təmizlənməsi prosesinə öz töhfəsini vermiş BMTIP, UNISEF kimi diplomatik missiyalar və Italiya, Biləşmiş Krallıq, ABŞ Səfirlikləri, eləcə də Azərbaycan Respublikası Xarıcı Işlər Nazirliyinin nümayəndələri iştirak etdilər. Iclasa sədrlik edən ANAMA-nın rəhbəri cənab Nazim Ismaylov açılış nitqindən sonra ANAMA-nın bu sahədə geniş təcrübəyə malik ölkələrdə fəaliyyət göstərən mərkəzlərdən ibarət assosiasiyanın üzvü olmasının əhəmiyyətini vurğuladı. “Bu, bizə əməliyyatların daha səmərəli şəkildə həyata keçirilməsi üçün mövcud potensialın gücləndirilməsi, eləcə də yeni texnologiyaların öyrənilməsi üçün imkanlar açır”.
ANAMA haqqında SEEMAC-ın bir hissəsi kimi söhbət açan Xarici Işlər nazirinin müavini cənab araz əzimov regionda səmərli əməkdaşlığın yaradılmasında Cənub-Şərqi Avropa ölkələrinin rolunu qeyd etdi. Cənab Əzimov bu əməkdaşlıqda Avropa Ittifaqının və ABŞ-ın xüsusi rol oynadıqlarını vurğuladı və görüşdə iştirak edən donorlar və diplomatik missiyaların marağını yüksək qiymətləndirdiyini bildirdi. “ANAMA regional əməkdaşlığın gələcək inkişafı üçün möhkəm özülə malik olduğunu nümayiş etdirir və bu işdə aparıcı ölkələr sırasında yer almışdır.
BMTIP-in Rezident Nümayəndəsinin səlahiyyətlərini həyata keçirən cənab Devid Eyzenberq Azərbaycanın minalanmış ərazilərində əhalinin təhlükəsizliyinin təmin olunmasında fəal yardıma görə donor və tərəfdaşlara təşəkkürünü bildirdi və SEEMAC-ın üzvü olan AnAMA-nın fəaliyyətinin əhəmiyyətini vurğuladı.
SEEMAC-ın təsisçilərindən biri, Beynəlxalq Minalardan Təmizləmə və Mina Qurbanlarına Yardım Fondunun direktorunun səlahiyyətlətlərini həyata keçirən cənab Qoran Qaknik bu quqm, onun quruluşu, standartları və prosedurlar haqqında qısa məlumat verdi və bütün tərəfdaşları SEEMAC-ın dəstəyinə qoşulmağa dəvət etdi.
Birləşmiş Krallığın səfiri zati-aliləri cənab Lorens Bristou ANAMA-nın səylərini yüksək qiymətləndirdiyini bildirdi və bu görüşün Azərbaycanda ilk dəfə olaraq keçirilməsinin ANAMA-nın bu sahədə püxtələşməsinin bariz nümunəsi olduğunu qeyd etdi.
Iclasın ikinci hissəsi müzakirələrdən ibarət oldu. Bu müzakirələr zamanı SEEMAC Işçi Qrupunun üzvləri əslində müxtəlif üzvlər tərəfindən ayrı-ayrı standartların təhlilinə diqqət yetirdilər və əməliyyatların səmərəliliyinə dair yeni təklif və texnologiyaları təqdim etdilər. Daha sonra Xorvatıstanda Mexaniki Minatəmizləmə Maşınının sınaqdan keçirilməsi, Döyüş Zonasının təmizlənməsi və Kosovadakı təcrübələrdən nümunələr gətirilməklə, həmçinin ANAMA tərəfindən Azərbaycanda Mina Riskinin Tədrisinə dair hazırlanmış təqdimatlar nümayiş olundu.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Şamil Rzayev, BMTİP-in Müşaviri
Tel: 498-98-88 (daxili 147)