Qara Qızılı İnsan Qızılına Çevirək

ANAMA, Avropa Komissiyası, İtaliya Hökuməti və BMTİP minalardan zərər çəkmiş insanlara yardım məqsədi ilə qüvvələrini birləşdirirlər


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramı (BMTİP), Avropa Komissiyası və İtaliya Hökumətinin maliyyə dəstəyi ilə mina və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin ehtiyaclarının öyrənilməsinə dair tədqiqatlar keçirir.

Zərərçəkənlər barədə məlumatı olanlardan (95-79-34) nömrəli telefona zəng edib ANAMA ilə əlaqə saxlamaları və ya (050) 341 14 57, (050) 364 84 70 nömrələrinə mesaj göndərmələri xahiş olunur.

Minatəmizləmə prosesinə dair Milli Strateji Plana əsasən Mina Qurbanlarına Yardım proqramı idarəetmə, təmizləmə, texniki sorğu və mina təhlükəsinə dair maarifləndirmə ilə əlaqəli şəkildə icra olunmalıdır. ANAMA Mina Qurbanlarına Yardımla bağlı fəaliyyətə 2002-ci ilin aprelindən başlamışdır.

Strategiyanın əsas məqsədi mina partlayışı nəticəsində əlil olmuş insanlara yardım göstərilməsi istiqamətində yerli və beynəlxalq təşkilatların səylərinin birləşdirilməsindən, eləcə də Azərbaycanda uzunmüddətli Mina Qurbanlarına Yardım proqramının işlənib hazırlanması və icrasından ibarətdir.

ANAMA-nın məqsədi əlillərin istərsə ayrı-ayrı şəxslərdən, istərsə də gruplardan ibarət şəbəkəsini yaratmaq, səhiyyə və sosial müdafiə sistemlərinin gücləndirilməsinə yardım göstərmək, minalardan zərərçəkənlər üçün Reabilitasiya mərkəzləri yaratmaq, onların fəaliyyətini istiqamətləndirmək və Mina Qurbanlarına Yardım proqramının fəaliyyəti haqqında məlumat yaymaqdan ibarətdir.

Proqram mina/partlamamış hərbi sursat qurbanlarına dair milli sorğu keçirmək, Azərbaycanda mina və partlamamış hərbi sursatların təsirini azaltmaq üçün uzunmüddətli strategiyanın hazırlanmasında ilk mühüm addım kimi xilas olmuş insanların ehtiyaclarını öyrənmək istiqamətində fəaliyyət göstərəcək.

Sorğu Azərbaycanda mina/partlamamış hərbi sursat qurbanları və onların ehtiyaclarına dair məlumat bazasının yaradılması ilə başa çatacaq və Azərbaycanda mina və partlamamış hərbi sursatlardan zərər çəkmiş insanlara yardıma dair uzunmüddətli strategiyanın həyata keçirilməsi prosesinə töhfə verəcəkdir.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
Proqram müşaviri Cənab Şamil Rzayev
Tel: 498-98-88 (daxili 147)