“Minilliyin İnkişaf Məqsədləri və Azərbaycanda yoxsulluğun azaldılması” mövzusunda müsabiqə elan edildi
“Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı” Katibliyi (YAİİDP), Birləşmiş Millətlər Təşkilatı, OXFAM Humanitar təşkilatı və Beynəlxalq Mətbuat Mərkəzi
“Minilliyin İnkişaf Məqsədləri və Azərbaycanda yoxsulluğun azaldılması” mövzusunda müsabiqə elan edir.
Qaliblər üçün Milli Bankın ödənmə gününün kursu ilə ümumi mükafat fondu $5 200 olan aşağıdakı mükafatlar müəyyənləşdirilib:
Birinci mükafat – $1000
İkinci mükafat – $700
Üçüncü mükafat –$ 500
Beş Həvəsləndirici mükafat - hər biri $300
Bundan əlavə, müsabiqə çərçivəsində OXFAM təşkilatı Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş kriteriyalara cavab verən məqalə və reportajlarla müsabiqədə iştirak edən “qaçqın qadın,” “region qadını,” “əlil qadın” iştirakçılar üçün xüsusi mükafatlar təsis edib.
Müsabiqədə Təşkilat Komitəsinin müəyyənləşdirdiyi meyarlara cavab verən və Azərbaycanda BMT-nin Minillik Sammitində (2000-ci il) qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərinə (MİM) aid olan problemlərin təyin edilməsi və onların aradan qaldırılması, eləcə də YAİİDP çərçivəsində görülən və ya görülə biləcək işlərlə bağlı ümumiləşdirici, araşdırmaçı yazı və reportajlarla mətbuatda, radio və ya televiziyada çalışan jurnalistlər, tələbələr, tədqiqatçı alimlər iştirak edə bilərlər.
Müsabiqəyə təqdim edilən məqalə və reportajlar müsabiqənin keçirildiyi müddət ərzində dövri mətbuatda çap olunmalı, yaxud radio və ya televiziyada efirə getməlidir. Bu zaman onların sonunda “Minilliyin İnkişaf Məqsədləri və Azərbaycanda yoxsulluğun azaldılması ” mövzusunda keçirilən müsabiqəyə təqdim edilmək üçün hazırlanıbdır” cümləsi qeyd edilməlidir.
Məqalənin çap olunmuş , radio və televiziya reportajlarının isə audio və ya video kaset variantı bağlı zərfdə 2003-cü il Dekabr ayının 1-i saat 18:00-dək Təşkilat Komitəsinə (Beynəlxalq Mətbuat Mərkəzi, F. Əmirov küçəsi 1) təqdim edilməlidir.
Əlavə məlumat almaq istəyənlər 98 35 73 və 93 29 75 nömrəli telefonlarla Beynəlxalq Mətbuat Mərkəzinə (İlqar İbrahimliyə), həmçinin www.un-az.org/mim və www.aipc.az internet səhifələrinə müraciət edə bilərlər.
“Minilliyin İnkişaf Məqsədləri və Azərbaycanda yoxsulluğun azaldılması” haqqında məqalələr