İqtisadi İnkişaf Nazirliyində fəaliyyət göstərən “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı” (YAİİDP) Katibliyi,
Birləmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi
Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi (AİİATRM)
«Minilliyin İnkişaf Məqsədlər» və «Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqram» çərçivəsində Azərbaycanda bu sahədə fotoqraf peşəkarlığının artırılması vasitəsi ilə fəal vətəndaş cəmiyyətinin qurulması məqsədilə ümumi mükafat fondu 2 700 ABŞ dolları təşkil edən «Minilliyin İnkişaf Məqsədləri» çərçivəsində «Yoxsulluq və gələcək» mövzusunda foto müsabiqə elan edir.
Müsabiqədə Təşkilat Komitəsi tərəfindən müəyyənləşdirilmiş kriteriyalara cavab verən fotolarla bu sahədə təcrübəli şəxslər iştirak edə bilərlər.
Münsiflər heyətini ekspert və peşəkar fotoqraflardan təşkil olunmuşdur.
Fotolar müsabiqə üçün əsas kriteriyalar nəzərə alınmaqla 10 aprel 2004-cü il tarixədək (iş günləri: 10-00 17-00) zərfdə Təşkilat Komitəsinə (Bakı şəhəri, S.Rəhimov küçəsi 203, Rafiq Bağırov) təqdim olunmalıdır.
Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulmuşdur:
- I yer -------------------------- 1 nəfər 600$
- II yer ------------------------- 2 nəfər hər biri 400 $
- III yer------------------------- 2 nəfər, hər biri 250$
- Həvəsləndirici yer----------8 nəfər,hər biri 100$
Kriteriyalar və digər suallarla bağlı əlavə məlumat almaq istəyənlər www.cdig.az internet səhifəsinə və 41 41 42, 850 3198 019 nömrəli telefonlarla Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzinə müraciət edə bilərlər.
Qeyd: Hər bir foto 1 nüsxədə arxası yazisız olmaqla, kod nömrəsi ilə qəbul olunacaqdır.
Təqdim olunmuş fotoların sayından asılış olmayaraq hər iştirakçı yalnız bir
mükafat əldə edə bilər.
«Yoxsulluq və Gələcək» mövzusunda foto müsabiqə üzrə əsas kriteriyalar
- Minilliyin İnkişaf Məqsədləri(MİM)/ Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı(YAİİDP) çərçivəsində mövzular fotoların məğzini təşkil etməlidir
- Problemlərin həllində insan faktoru fotolarda əks olunmalıdır
- Təqdim olunan fotolarda aşağıdakı mövzular təsvir edilə bilər:
- yoxsulluq
- təhsil və səhiyyə
- cender məsələləri
- ətraf mühit
- qaçqın və məcburi köçkünlər və s.
- Texniki parametrlər gözlənilməklə fotolar 15x20 formatda keyfiyyətli kağızlarda təqdim olunmalıdır
- Fotoların çəkildiyi yer, tarix və fotodakı insan (və ya mövzu) haqqında qısa məlumat verilməklə fotolara ad seçilməlidir.
- Fotoqrafın ünvanı, əlaqə telefonu, özü və iş yeri haqıında qısa məlumat məlidir.
- Fotoların elektron variantı, yaxud lenti Təşkilat Komitəsinə təqdim edilməlidir.
|