BMTİP tərəfindən yaradılmış Milli Məşğulluq Strategiyası təsdiq olunmaq üçün Nazirlər Kabinetinə təqdim olundu
Bakı, 23 iyul 2004-cü il - BMT-nin İnkişaf Proqramı (BMTİP) 2002-ci ildən bəri Azərbaycan hökuməti ilə birlikdə Milli Məşğulluq Strategiyasının (MMS) işlənib hazırlanması istiqamətində birgə iş aparır. Bu prosesdə Beynəlxalq Əmək Təşkilatı (BƏT) da daxil olmaqla digər beynəlxalq partnyorların da əməyi olmuşdur. 2002-ci ilin aprel ayında Azərbaycan hökuməti BMTİP və BP-nin dəstəyi ilə yoxsulluq və məşğulluq məsələlərinə həsr olunmuş yüksək səviyyəli konfrans təşkil etdi ki, bu tədbirdə məhz strategiyanın işlənib hazırlanmasının mühümlüyü bir daha vurğulandı və işsizlik, eləcə də yeni iş yerlərinin yaradılması məsələləri işıqlandırıldı.
Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən Əmək və Əhalinin Social Müdafiəsi Nazirinin sədrliyi ilə Milli Məşğulluq Strategiyası üzrə Komissiya yaradıldı. İqtisadi İnkişaf Nazirliyi Komissiyanın müavini təyin edildi. Makro məsələlər, məlumatlar və təhlil; iqtisadiyyat; sosial müdafiə; təhsil və qabiliyyətin inkişafı; institusional dəyişikliklər və qanunvericilik sahələri üzrə alti işçi qrup yaradıldı. BMTİP tərəfindən dəvət olunmuş beynəlxalq ekspertlər müzakirələrə veriləcək ilkin sənəd yaratdılar və işçi qruplar üçün başlanğıc seminarların gedişində köməklik göstərdilər. Tədbirdə qərara alındı ki, MMS milli ekspertlər və əlaqədar nazirliklərin rəhbərliyi altında fəaliyyət göstərən işçi qruplar tərəfindən hazırlanacaqdır.
O vaxtdan bəri işçi qruplar MMS-in işlənib hazırlanması, düzəlişlər olunması, bütün əlaqədar nazirliklərlə müzakirə olunan ayrı-ayrı komponentlərin birləşdirilməsi istiqamətində üzün müddət fəaliyyət göstərdilər.
23 iyul 2004-cü il tarixində komissiya üzvləri Strategiya sənədinin son variantını rəsmi surətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etməzdən öncə müzakirə etmək məqsədi ilə ikinci görüşdə bir araya gəldilər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən bu görüşə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri c-b Əli Nağıyev, BMTİP-in Rezident Nümayəndəsinin Müavini c-b Devid Eyzenberq sədrlik edirdilər. Tədbirdə İqtisadi İnkişaf Nazirliynin, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Turizm, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Milli Məclisin, Mərkəzi Bankın, President Aparatının və digər dövlət strukturlarının yüksək səviyyəli nümayəndələri iştirak edirdilər.
Tədbiri açan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri c-b Əli Nağıyev BMTİP-ə və BƏT-ə bu mühüm məsələdə Azərbaycan hökumətinə göstərdikləri köməyə görə öz təşəkkürünü bildirdi. C-b Nazir MMS-in hazırlanması prosesindəki səylərinə görə BMT-nin Rezident Əlaqələndiricisi, BMTİP-in Rezident Nümayəndəsi c-b Marko Borsottiyə şəxsən minnətdarlıq etdi. C-b Nağıyev Yoxsulluğun Azaldılmasl və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı və Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramının bu prosesdə mühüm rol oynadığını vurğuladı. C-b Nazir təhsillə məşğulluq arasındakı bağlılığa da toxundu. Onun sözlərinə görə, Azərbaycanda ixtisaslı və bacarıqlı işçi qüvvəsinin sayının artırılması üçün hal-hazırki təhsil sisteminin gücləndirilməsi və təhsilin mövcud keyfiyyətinin yüksəldilməsi çox vacibdir.
BMTİP-in Rezident Nümayəndəsinin Müavini c-b Devid Eyzenberq “ Məşğulluğun yüksək səviyyəli strategiya sənədini yaratmaları” münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri başda olmaqla Komissiya üzvlərini təbrik etdi. C-b Eyzenberq bu sənədin mahiyyətini açıqlayaraq bildirdi ki, yeni iş yerlərinin yaradılması Hökumətə deyil, özəl sektora aiddir. Beləki, qəbul olunmuş strategiya hökumətə Azərbaycanda fəaliyyət göstərən biznesmenlərə və xarici iş adamlarına ölkə ərazisində yeni iş yerlərinin açılması üçün əlverişli şərait yaratmaqda, həmçinin əhalinin, xüsusilə də gənc nəslə işlə təmin olunmaq üçün tələb olunan bacarıqların aşılanmasında kömək edəcəkdir. Strategiya sənədinin digər müsbət cəhəti də ondan ibarətdir ki, burada əhalinin aztəminatlı təbəqələrinin təminatı məsələsi də öz əksini tapmışdır. C-b Eyzenberq həmçinin təklif etdi ki, Presidentin söz verdiyi kimi 600.000 yeni iş yerlərinin yaradılması ilə işsizliyin aradan qaldırılması istiqamətində irəliləyişin müşahidə olunması məqsədi ilə Əhalinin İqtisadi Fəallığının illik müayinəsinin keçirilməsi MMS-ə daxil edilsin. MMS-ə əlavəyə dair BMTİP-in təklifi komissiya tərəfindən bəyənildi.
Komissiya üzvləri Strategiya sənədinin Nazirlər Kabinetinə təqdim olunmasını yekdilliklə qərara aldılar.
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
X-m Nərminə Quliyeva, BMTİP-in Baş Müşaviri
Tel: 498-98-88 (daxili 110)