X-m Dono Abdurazakova Gender Statistikası haqqında təqdimat edir


Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

UNECE və BMTİP-in ekspertləri Gender Statistikasını inkişaf etdirmək məqsədilə Bakıda səfərdə oldular

Bakı, 4 iyun, 2004-cü il - Gender statistikası üzrə ekspertlər- BMT-nin Avropa və MDB dövlətləri üzrə Dayaq Mərkəzlərinin Gender məsələləri üzrə Regional Müşaviri xanım Dono Abdurazakova və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) yanında Sosial və Demoqrafiya Statistikası bölməsinin rəhbəri xanım Encela Mi 2004-cü il 1-4 iyun tarixində Bakıda işgüzar səfərdə oldular. Bu səfər gender məsələləri ilə əlaqədar insan inkişafı göstəriciləri üzrə BMTİP/UNECE birgə layihəsinin bir hissəsi idi.

Səfərin vəzifəsi statistik məlumatların keyfiyyəti və onlardan istifadənin gender bərabərliyi baxımından qiymətləndirilməsindən ibarət idi. Ekspertlər BMTİP-in Azərbaycandakı işçi heyəti, Dövlət Statistika Komitəsi və Qadın Problemləri üzrə Dövlət Komitəsi kimi qurumların, eləcə də vətəndaş cəmiyyəti və əlaqədar yerli və beynəlxalq QHT-lərin nümayəndələri ilə görüşlər keçirdilər. Missiyanın başlıca məqsədləri hökumət nümayəndələri, eləcə də beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələrinə statistik məlumatların genderə uyğun olaraq müəyyənləşdirilməsi və istifadəsi, həmçinin Dövlət Statistika Komitəsi kimi statistik məlumatları müəyyənləşdirən qurumlarla bu məlumatlardan istifadə edənlər arasında siyasi görüşlərin genişləndirilməsi istiqamətində məsləhətlərin verilməsindən ibarət idi.

Azərbaycanda gender məsələləri üzrə əsas göstəricilər hansılardır? Məsələnin müsbət tərəfi ondadır ki, digər MDB dövlətləri kimi Azərbaycanda da orta və ali təhsildə gender bərabərliyi mövcuddur. Lakin qeyri-rəsmi müayinələrə əsasən uşaq və ana ölümü göstəriciləri beynəlxalq standartlardan yüksəkdir. Məşğulluq sahəsində də qeyri-bərabərlik mövcuddur. Beləki, işlə təmin olunmuş qadınların sayı kişilərə nisbətən daha azdır. Siyasi qərar qəbul edənlərin siyahısında da qadınların sayı nəzərə çarpacaq dərəcədə azdır. X-m Abdurazakova və x-m Minin qeyd etdikləri kimi, gender məsələsinə sırf «qadın məsələsi» kimi yanaşmaq düzgün deyil. Əgər bu məsələyə ölümə dair rəqəmlər yaxud kriminal göstəricilər baxımından yanaşsaq, bu problemlə həm də kişilər məşğul olmalıdırlar.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Şamil Rzayev
BMTİP-in Müşaviri
Tel: 498-98-88 (daxili 147)