BMTİP-in Regional Direktoru Azərbaycan Hökumətinin 2015-ci ilədək MIM-lərə nail olunması istiqamətində ölkəyə yardım dəvətini qəbul etdi
Bakı, 25 oktyabr 2004 – BMT-nin Inkişaf Proqramının (BMTIP) Administratorunun müavini və Avropa və MDB Ölkələri üzrə Regional Büronun Direktoru cənab Kalman Mijey 2004-cü il oktyabrın 18-dən 20-dək Azərbaycanda rəsmi səfərdə oldu.
Səfərin əsas məqsədi öz fəaliyyətini əsasən yoxsulluğun azaldılması, özəl sektorun inkişafı, Informasiya və Kommunikasiya Texnologiyaları (IKT) kimi mühüm sahələrə yönəltmiş BMTİP ilə Azərbaycan Hökuməti arasında əməkdaşlığın daha da gücləndirilməsindən ibarət idi.
Azərbaycana səfəri ərzində cənab Mijey Azərbaycan Respublikası Prezidentinin Icra Aparatının Rəhbəri cənab Ramiz Mehdiyev, Xarici Işlər Naziri cənab Elmar Məmmədyarov, Iqtisadi Inkişaf Naziri cənab Fərhad Əliyev və Rabitə və Informasiya Texnologiyaları Naziri cənab Əli Abbasovla görüşlər keçirdi.
BMTİP ilə Azərbaycan Hökuməti arasında əməkdaşlıqdan söhbət açan Azərbaycan Respublikası Prezidentinin Icra Aparatının Rəhbəri cənab Ramiz Mehdiyev bu əməkdaşlığın daha da möhkəmləndirilməsinin mühümlüyünü vurğuladı. Azərbaycan Hökuməti ilə BMTİP-in IKT sahəsində birgə fəaliyyətini yüksək qiymətləndirən dövlət rəsmisi Azərbaycan Hökumətinin İKT-ni ölkənin prioritet sahələrindən biri kimi qiymətləndirdiyini bildirdi. Cənab Mehdiyev İKT-nin ümumillikdə E-idarəçiliyə tətbiqinin mühümlüyünü vurğuladı.
Azərbaycan Respublikası Xarici Işlər Naziri cənab Elmar Məmmədyarov və BMTİP-in Avropa və MDB Ölkələri üzrə Regional Direktoru cənab Mijey Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul da daxil olmaqla ölkənin inkişafı ilə əlaqədar çoxsaylı məsələləri müzakirə etdilər.
Iqtisadi Inkişaf Naziri ilə görüş zamanı cənab Mijey və cənab Əliyev ölkənin iqtisadi inkişafında özəl sektorun rolunun və BMTİP tərəfindən irəli sürülən “qara qızılı insan qızılına çevirək” şüarının mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar hökumətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verən cənab Nazir bildirdi ki, Yoxsulluğun Azaldılması və Iqtisadi Inkişaf üzrə Dövlət Proqramının (YAİİDP) davamı olaraq BMTİP-in dəstəyi ilə yeni - 2006-2015-ci illər üçün Davamlı İnsan İnkişafı üzrə Milli Proqram hazırlanıb icra olunacaq. Görüşün sonunda cənab Fərhad Əliyev və cənab Kalman Mijey Minilliyin Inkilşaf Məqsədlərinın (MIM) YAIIDP-ə inteqrasiyası istiqamətində hökumətin öhdəliklərini bəyan edən və BMTIP-i bu prosesdə Hökumətin başlıca tərəfdaşı elan edən birgə memorandum imzaladılar.
Cənab Mijey ilə BMTİP və Azərbaycan Hökumətinin birgə “Tədqiqat, Təhsil və Vətəndaş Cəmiyyətinin İnkişafı Məqsədləri üçün İnternetə Çıxış və İnfrastrukturun İnkişaf Etdirilməsi” layihəsinin icra məkanında görüşən Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasov Azərbaycanın İKT sahəsində son illər ərzində bir sıra islahatlar irəli sürdüyünü və nailiyyətlər əldə etdiyini, eləcə də BMTİP-in bu prosesə əhəmiyyətli dərəcədə töhfələr verdiyini bildirdi. Cənab Mijey Azərbaycan Hökumətinin ölkədə mövcud olan rəqəmli fərqin aradan qaldırılması və şəhər və kənd əhalisinin İKT-dən istifadəsinin təmin olunması istiqamətində Azərbaycan Hökumətinin səylərini alqışladı.
Azərbaycana səfəri zamanı cənab Mijey həmçinin xarici sərmayəçilərin və yerli sahibkarların öz məhsullarını nümayiş etdirdikləri və potensial biznes layihələrinin müzakirə olunduğu Bakı Biznes Mərkəzində də oldu. BMTIP-in maliyyə dəstəyi ilə yaradılmış mərkəz hal-hazırda Iqtisadi Inkişaf Nazirliyinin rəhbərliyi altında fəaliyyət göstərir. Biznes Mərkəzində cənab Mijey Azərbaycanda Investisiyaların Təşviqi və Məsləhət Fondunun Prezidenti cənab Emil Məcidovla görüşdü.
Mətbuat bizim haqqımızda
BMTİP-in Regional Direktoru Bakıya gələcək, 16 oktyabr, Üç nöqtə