Imzalanma Mərasimi


Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

BMTİP Milli e-İdarəçilik Şəbəkəsinin yaradılmasında Azərbaycana kömək edəcək

Bakı, 14 iyul, 2004-cü il - Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə BMT-nin İnkişaf Proqramı (BMTİP) arasında “Milli e-İdarəçilik Şəbəkəsi Təşəbbüsü” layihə sənədi imzalandı. Sənədi Rabitə və İnfrmasiya Texnologiyaları Naziri c-b Əli Abbasov və BMTİP-in Rezident Nümayəndəsinin müavini c-b Devid Eyzenberq imzaladılar.

İmzalanma mərasimində açılış nitqi ilə şıxış edən c-b Abbasov layihənin başlıca məqsədləri ilə iştirakçıları qısaca məlumatlandırdı. C-b Nazirin qeyd etdiyi kimi, layihə 4 əsas komponentdən ibarətdir: Milli İdarəçilik Şəbəkəsinin yaradılması; məlumatların ötürülməsi və dövlət kompüter sistemlərinin fəaliyyəti üzrə Vətəndaş Xidmətinin Qaydalar Toplusunun yaradılması və qəbul edilməsi; gələcəkdə hökumətin bütün səviyyələrində Vətəndaş Xidmətinin Qaydalar Toplusuna müvafiq olaraq yayılmasını təmin etmək məqsədilə xüsusi təlimatçılar üçün müvafiq təlim məşğələlərinin keçirilməsi və yüksək səviyyəli hökumət informasiya portallarının yaradılması, həmçinin Vətəndaş-Hökumət sisteminə daxil olmaq imkanını əldə etmək üçün ölkənin 6 regionunda informasiya köşklərinin quraşdırılması.

C-b Abbasovun fikrincə, layihə nəticə etibarı ilə ölkə vətəndaşlarının Hökumət strukturlarının fəaliyyətinə dair məlumat əldə etmək prosesinə yardımçı olacaq və “korrupsiya hallarını minimuma endirəcək”.

BMTİP-in Rezident Nümayəndəsinin Müavini c-b Devid Eyzenberq Azərbaycanın informasiya cəmiyyətinə qoşulması prosesində yeni yaradılmış Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəal rolundan danışdı. Onun sözlərinə görə, İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti üçün hazırlıq komitəsinin son görüşündə Azərbaycanın İKT sahəsindəki təcrübəsi dünyanın bir sıra başqa ölkələri üçün nümunə oldu. Və biz hamımız bununla fəxr etməliyik.”

Bu ikiillik layihənin ümumi büdcəsi 1.600.000 ABŞ dolları təşkil edir ki, bu məbləğin 1.000.000 dolları Azərbaycan Hökuməti, 600.000 dolları isə BMTİP tərəfindən ödəniləcəkdir.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Sultan Haciyev
BMTİP-in Baş Müşaviri
Tel: 498-98-88