BMTİP-in İnkişaf Təcrübəsi üçün İnformasiya Kommunikasiya Texnologiyaları toplantısı
Kanada, Ottava

Qara Qızılı İnsan Qızılına Çevirək

BMTİP toplantısı İKT məsələlərini Ottavada müzakirə edir

BMTİP-in İnkişaf Təcrübəsi üçün İnformasiya Kommunikasiya Texnologiyalarına (İKT) dair toplantısı 2003-cü il iyul ayının 9-11-də Kanadanın paytaxtı Ottava şəhərində keçirildi. Forumda BMTİP-in 30-dan çox ölkə nümayəndəliyinin təmsilçiləri və İnkişaf Portalı, Açıq Cəmiyyət İnstitutu, Markl Fondu, Mikrosoft kimi İKT sahələrində çalışan bir çox aparıcı şəxslər iştirak edirdilər.

Toplantıda İKT inkişafının yeni meyl və nümunələri müzakirə olundu. Görüşdə daha çox İKT yönümlü, internet idarəetməsi və rəqəmli əqli mülkiyyət hüququ, təhlükəsizlik və çıxış hüququ, informasiya cəmiyyəti siyasəti və strategiyaları, İKT -əsaslı iqtisadi siyasət və m üəssisələrin inkişafı kimi məsələlər vurğulandı. BMTİP və onun tərəfdaşları İKT-nin həm İnformasiya Cəmiyyətinə dair Ümumdünya Sammiti ərəfəsində inkişaf və həm də BMTİP təcrübəsi, habelə adı çəkilən Sammitə hazırlığın dövlət səviyyəsində həyata keçirilməsində müxtəlif ölkələrin əlaqələndirici rol təcrübəsi baxımından mühümlüyü məsələsini müzakirə etdilər.
Toplantı BMTİP mütəxəssislərinə İKT-nin inkişaf üçün istifadə edilməsi barədə fikir mübadiləsi aparmaq imkanı yaratdı. BMTİP-in Azərbaycan nümayəndəliyinin Baş Müşaviri cənab Sultan Hacıyev Azərbaycanın İKT sahəsindəki təcrübəsindən danışarkən əsasən iki layihəni vurğuladı. Milli İnformasiya Kommunikasiya Strategiaysı (MİKTS) və Gömrük layihəsi.

Azərbaycanın İKT sahəsindəki təcrübəsi BMTİP tərəfindən hazırlanan İnkişaf üçün Qlobal İKT-yə dair Xülasə adlı məcmuədə ətraflı şəkildə əhatə olunmuşdur. BMTİP-in Azərbaycan nümayəndəliyinin təklifinə uyğun olaraq bu məcmuə sonradan qlobal İKT-nin statusu və BMTİP-in buradakı rolu ilə bağlı tədqiqatlara əsaslanan müqayisəli xülasə ilə əvəz olunacaq. Forumda həmçinin MİKTS-ə dair nəşrlər də təqdim olundu.



Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:

Baş Müşavir cənab Sultan Hacıyev
Tel: 498-98-88 (daxili 143)