Sertifikasiya mərasimi


Foto Qalereya

Qara Qızılı İnsan Qızılına Çevirək

Yoxsulluq Minilliyin İnkişaf Məqsədləri çərcivəsində azərbaycanlı fotoqrafların gözü ilə

Bakı, 16 iyul 2004-cü il - 2004-cü ilin mart ayında BMT-nin Azərbaycandakı Nümayəndəliyi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında “Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı” (YAİİDP) Katibliyi və Azırbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi (AİİATRM) ilə birlikdə “Yoxsulluq və Gələcək Minilliyin İnkişaf Məqsədləri (MİM) çərçivəsində” adlı foto müsabiqə elan etdi.

Müsabiqə üçün ümumi mükafat fondu 2700 ABŞ dolları təşkil edirdi və bu tədbir ölkədə MİM-lərin təbliği istiqamətində həyata keçirilən fəaliyyətin bir hissəsi idi.

50-yə yaxın peşəkar və həvəskar fotoqrafın iştirak etdiyi bu müsabiqədə təxminən 300 foto şəkil nümayiş olundu. BMT-nin Azərbaycandakı Nümayəndəliyi, YAİİDP Katibliyi, AİİATRM, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Mətbuat Mərkəzi və Azərbaycan Fotoqraflar İttifaqının nümayəndələrindən ibarət münsiflər heyəti müsabiqədə nümayiş olunan foto şəkillərin ən yaxşılarını seçdilər.

2004-cü il iyulun 16-da Vəcihə Səmədova adına Sərgi Salonunda müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. AİİATRM-in Baş Direktoru c-b Yasin Dadaşov, YAİİDP Katibliyinin Vətəndaş Cəmiyyəti üzrə Eksperti c-b Namiq Heydərov və BMT-nin İctimai Əlaqələr və İnformasiya Şöbəsinin müdiri c-b Fərqan Abbaszadənin qısa açılış nitqlərindən sonra qaliblərə mükafatlar təqdim olundu.

I yerə x-m Zinaida Babayeva, II yerə c-b İlqar Cəfərov və c-b Rəhim Qədimov, III yerə c-b Çingiz Səmədzadə və x-m Yuliya Rusyayeva layiq görüldülər. Daha səkkiz iştirakçı-c-b Rəfael Şakirov, , c-b Asim Talıbov, c-b Mirnaib Həsənoğlu, c-b Eldəniz Bədəlov, c-b Fərid Xayrulin, c-b Vüqar İbadov, c-b Sənan Ələsgərov və c-b Rafiq Nağıyev həvəsləndirici mükafatlara layiq görüldülər.

Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Fərqan Abbaszadə, İctimai əlaqələr və informasiya şöbəsinin müdiri
Tel: 498-98-88