Avropa Birliyi tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan SCAD Proqramı çərçivəsində QHT-lər narkotiklərlə mübarizəyə cəlb olunacaqlar
Bakı, 15 oktyabr 2004-cü il - «Cənubi Qafqazda Narkotiklərlə Nəzarət» (SCAD) Proqramı çərçivəsində «Narkotiklərlə Mübarizədə QHT-lərin rolu» mövzusunda konfrans keçrilmişdir.
Konfransın əsas məqsədi QHT-lərin narkotiklərlə mübarizə sahəsində rolunun müzakirə olunması və Hökumət və QHT-lər arasında bu sahədə əməkdaşlığın gələcək istiqamətləri Nin müəyyənləşdirilməsindən ibarət idi.
Konfransda dövlət strukturlarının, yerli QHT-lərin, beynəlxalq təşkilatların və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
SCAD Proqramının Milli Əlaqələndiricisi cənab Məzahir Əfəndiyev iştirakçıları «QHT Şəbəkəsi» layihəsi çərçivəsində ölkədə həyata keçiriləcək 2 pilot layihə və bu layihələrdən gözlənilən nəticələr barədə məlumatlandırdı.
Baş Nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunusuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının sədri cənab Əli Həsənov SCAD Proqramının dövlətin narkotiklərlə mübarizə sahəsində apardığı işlərə verdiyi töhfələri qeyd etdi. O bildirdi ki, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası nəticəsində ölkəyə daşınan yüklərin həcmi artmış, nəqliyyatın hərəkəti aktivləşmişdir və bu da öz növbəsində narkotiklərin qeyri-qanuni dövriyyəsi üçün müəyyən imkanlar yaratmışdır. Bununla əlaqədar o bidirdi ki, Azərbaycan Hökuməti və bəzi beynəlxalq təşkilatlar narkotiklərlə mübarizə aparsa da, ictimai təşkilatlar olan QHT-lər bu sahədə daha çox iş görə bilərlər.
BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Müavini cənab David Eizenberg narkotiklərin və narkotik vasitələrin gənclərə göstərdiyi mənfi təsirlərdən danışdı. Cənab Eizenberg QHT-lərin bu sahədə daha çox səmərəli fəaliyyət göstərmək imkanına malik olduğunu bildirdi.
Milli Məclisin Sosial Siyasət Komissiyasının sədri cənab Hadı Rəcəbli Azərbaycan Respublikasının bu sahədə bütün müvafiq beynəlxalq konvensiyalara qoşulmasını, lakin ictimaiyyətinin fəaliyyətinin qanunlardan daha səmərəli işləyə biləcəyini bildirdi.
Milli QHT Forumunun Prezidenti cənab Azay Quliyev narkotiklərlə mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərin sayının az olmasını, lakin QHT Şəbəkəsi yarandıqdan sonra onların bu işdə fəal iştirak edəcəklərinə ümid etidiyini bildirdi.
Avropa Birlyinin eksperti cənab Patrik O’Qorman QHT Şəbəkəsi vasitəsilə birbaşa olaraq narkomanların özləri ilə işləməyin və onların özlərini psixoloji cəhətdən tənha hiss etməmələrinin mühümlüyünü vurğuladı. O, QHT sektorunun bunun üçün kifayət qədər imkanlara və potensiyala malik olmasını bildirdi.
QHT Şəbəkəsi layihəsinin rəhbəri cənab Tural Ismayılov layihənin mahiyyəti barədə təfsilatlı təqdimatla çıxış etdi.
Daha sonra tədbir yuxarıda qeyd olunan mövzu ətrafında müzakirələrlə davam etdirildi.
Tədbirin sonunda gənc yazıçı Mübariz Gəfərlinin SCAD Proqramının maliyyə dəstəyi ilə nəşr olunmuş və narkomaniya probleminə həsr olunmuş «Uydurma» kitabına baxış keçirildi
Daha ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz:
C-b Sultan Hacıyev, BMTİP-in Baş Müşaviri
Tel: 498-98-88 (daxili 143)
Mətbuat bizim haqqımızda
SKAD 4 QHT-lərlə işləyəcək, 16-22 oktyabr, Bizim Əsr
Azərbaycana narkotik əsasən Əfqanıstandan gətirilir, 16 oktyabr, Üç nöqtə
Dağlıq Qarabağda yeni narkomarşrut yaranıb, 16 oktyabr, Azadlig
"Narkomaniya ilə mübarizə" QHT-lər daha çox iş görə bilərlər, 16 oktyabr, 525-ci Qazet
"Narkomaniya ilə mübarizədə QŞT-lərin rolu", Haftə İç