Azerbaijan National Human Development Report 2003

Ön söz

Hər bir cəmiyyətin ən böyük meyarı onun insanların şəxsi inkişafı üçün yaratdığı imkanlar, biliyə əsaslanan inkişaf və humanitar tərəqqi baxımından seçim genişliyi ilə xarakterizə olunur. Bu prinsiplər 1990-cı illərdə BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən dünya miqyasında təqdim olunmuş insan inkişafı konsepsiyasının əsasını təşkil edir. O vaxtdan bəri, bu prinsiplər insanların seçimlərini genişləndirmək və məhrumiyyət və bərabərsizliklərə qarşı mübarizə aparmaq məqsədilə bütün dünya hökümətləri tərəfindən qəbul olunur. Azərbaycan da bu prinsiplərə nail olunması istiqamətində lazımi cəhdlər göstərir.

1994-cü ilin əvvəllərindən BMTİP tərəfindən Azərbaycan Respublikasında monitorinqi həyata keçirilən insan inkişafı prosesi 1993-94-cü illərdə iqtisadi və sosial sahələrdə atılmış addımlardan sonra İnsan İnkişafı İndeksində (İİİ) nəzərə çarpan sabit artımı nümayiş etdirir. Bu, 1991-ci ildə Sovet İttifaqı süquta üğradıqdan və Azərbaycanın müstəqillik əldə etməsindən sonra, 1996-cı ildən başlayaraq daha çox nəzərə çarpır. Məhz o dövrdə Azərbaycan höküməti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində insan inkişafı istiqamətində düşünülmüş və mütəmadi tədbirlər həyata keçirməyə başladı.

Bu təhlil Azərbaycanın 2003-cü il üçün İnsan İnkişafı Hesabatı-İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) və digər müasir texnologiyaların səfərbər olunması, eləcə də İnsan İnkişafı kurslarının orta məktəblərin tədris planına daxil edilməsi kimi bir sıra ən son nailiyyətləri işıqlandırır. Azərbaycan tarixində ilk dəfədir ki, belə bir kurs orta məktəb sistemində tədris olunur. Bu anlayışlar Azərbaycan mədəniyyətinə uyğun şəkildə tərtib olunmuş dərslik vasitəsi ilə təqdim olunmuşdur. Azərbaycanda əldə olunmuş digər böyük bir nailiyyət aparıcı beynəlxalq neft şirkətlərindən birinin nəzdində fəaliyyət göstərən İnsan İnkişafı Mərkəzinin yaradılmasıdır. Bu mərkəzin əsas məqsədi «qara qızılı» məhz bütün millətin xeyrinə olaraq «insan qızılı»na çevirməkdir.

Tam zamanında oldu ki, hökumət yeni qərar ilə Rabitə Nazirliyinin əsasında yeni bir qurum - Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaratdı. Bu qərar rabitə ilə informasiya texnologiyaları arasında olan sıx əlaqələri qeyd etməklə, eyni zamanda hökumətin İKT sektorunda apardığı islahatlara dəstək verəcək.

Bu hesabat insan inkişafı prosesinə yardım məqsədi ilə İKT və digər müasir texnologiyaların potensialından istifadə yollarını əks etdirir. Hesabat BMTİP tərəfindən Azərbaycanda da qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərini özünün qlobal prioriteti olaraq müəyyən etmişdir. Bu məqsədlərin əsas hədəfi insanların üzləşdiyi məhrumiyyət və bərabərsizliklərin qarşısının bilik və yeni texnologiyalar vasitəsilə alınmasıdır. Bu hesabat İKT-nın mövcud potensialının istifadəsinə dair təhlillərlə yanaşı insan inkişafının daha da gücləndirilməsinə dair xüsusi tövsiyələrdən ibarətdir.

Marko Borsotti
BMTİP-in Rezident Nümayəndəsi
BMT-nin Rezident Əlaqələndiricisi
 

Bakı, fevral 2004

yuxarı

Copyright © UNDP Azerbaijan 2003. All Rights reserved.