Azeri VersionEnglish VersionTo Home PageContent of ReportNHDR Brochure

Azərbaycan və Türkiyə: İnsan İnkişafı üçün Texnologiyalardan İstifadə edən və İnformasiya Cəmiyyətini Təbliğ edən Qonşular

Mündəricat



İNSAN İNKİŞAFI - MİLLİ POTENSİALIN REALLAŞDIRILMASI

İnsan inkişafı yalnız milli gəlirlərin artması demək deyil. Bu, insanların tam potensialının öz ehtiyac və maraqlarına müvafiq olaraq inkişaf etdirilə bilməsinə imkan verən mühitin yaradılmasıdır. İnsan inkişafının qlobal, regional və milli təsviri 1990-cı illərdən başlayaraq Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) İnsan İnkişafı Hesabatları vasitəsilə bütün dünya xalqlarının diqqətinə çatdırılmaqdadır.

Milli İnsan İnkişafı Hesabatları (MİİH) indi hər il 100-dən çox ölkədə nəşr olunur. Dünya ölkələrinin rəhbərləri 2000-ci ildə Nyu Yorkda BMT-nin Minillik Bəyannaməsini imzaladıqdan sonra, MİİH-lər, yoxsulluğun azaldılması, səhiyyə xidmətlərinin, təhsilin və ətraf mühitin səviyyəsinin yaxşılaşdırılması sahəsində beynəlxalq ictimaiyyətin göstərdiyi cəhdləri özündə əks etdirən Minilliyin İnkişaf Məqsədlərinə nail olunması baxımından aparıcı qüvvəyə çevrilmişdir.

İNKİŞAF ÜÇÜN İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI (İKT) - İNSAN İNKİŞAFINA NAİL OLMAQ ÜÇÜN VASİTƏ

20-ci əsrin əvəzolunmaz tərəqqisi informasiya texnologiyalarında əldə edilmiş nailiyyətlərə bağlı olmuşdur. Bu cərəyan insan inkişafına nail olmanın bir vasitəsi kimi İKT-dən istifadənin artması ilə 21-ci əsrdə də davam etdirilir. Deyirlər ki, informasiya məlumatlandırır, kommunikasiya əlaqələndirir və texnologiyalar inkişafa aparır. Dünya ölkələrinin qarşısında duran böyük məsələlərdən biri 2003-cü ilin dekabr ayında Cenevrədə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin (İCÜS) məqsədi olan - bütün insanların həyat şəraitinin yaxşılaşdırılması üçün İKT-nin potensialından necə istifadə etmək məsələsidir.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ - İNSAN İNKİŞAFI ÜÇÜN İKT MƏQSƏDİNİ QARŞISINA QOYANLAR

MİİH-lərin tarixində ilk dəfə iki ölkə - «Azərbaycan və Türkiyə» - onların hər ikisi üçün prioritet olan inkişaf üçün İKT ümumi mövzusu çərçivəsində bir araya gətirilmiş hesabatlarının hazırlanmasında birgə yanaşmadan istifadə etmişdir.

Qonşu ölkələr olan Azərbaycan ilə Türkiyə arasında ümumi dil və mədəniyyətə söykənən sıx münasibətlər, öz yenilikçiliyinə görə Hollandiyanın Müttəfiqlik Fondu tərəfindən qrant almış BMTİP-in bu təşəbbüsünə öz töhfəsini vermişdir.

Bu iki hesabat BMTİP-in Ankara və Bakıda yerləşən nümayəndəlikləri arasında yaranmış və bir sıra müttəfiqləri, o cümlədən hökumət rəsmilərini, elm və təhsil ocaqları və özəl şirkətləri özünə cəlb etmiş əməkdaşlığın nəticəsidir. Hər iki ölkədə hesabatlar üzrə tədqiqatlar aparmış və onları hazırlamış yerli ekspertlər 2003-cü ilin oktyabr-noyabr aylarında Ankarada və Bakıda keçirilən seminarlarda öz yekun fikirlərini maraqlanan tərəflərlə bölüşdülər.

Azərbaycan

Yeni texnologiyalar, o cümlədən İKT-lər, bazar iqtisadiyyatına və informasiya cəmiyyətinə keçidi tamamlamaq ərəfəsində olan Azərbaycan kimi keçid dövrü yaşayan ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Hökuməti, BMTİP-in dəstəyi ilə bu yaxınlarda 2003-2012-ci illəri əhatə edən Milli İKT Strategiyasını (MİKTS) hazırlayıb qəbul etmiş və hal-hazırda onun icrası üzrə fəaliyyət planını tərtib etməkdədir.

MİKTS çərçivəsində artıq bir sıra layihələr uğurla həyata keçirilmişdir ki, bunlara da ölkədə internetin inkişafı və təbilği, eləcədə gömrük, sosial təminat, standartlaşdırma, metrologiya və patentlər kimi sahələrdə elektron idarəçilik (E-idarəçilik) proqramlarının tətbiqinə dair layihələri misal göstərmək olar.

Lap bu yaxınlarda Bakıda BMT-nin İKT üzrə Xüsusi Komissiyası və BMTİP tərəfindən təşkil olunmuş Milli İnformasiya və Kommunikasiya Texnologiyaları Strategiyaları və E-İdarəçilik üzrə Beynəlxalq Forum keçirildi. Forumda 20-dən çox ölkədən gəlmiş nümayəndələr iştirak etdi və onlar Bakı Bəyannaməsini imzaladılar. Bu bəyannamədə 2003-cü ildə Cenevrədə keçirilmiş İCÜS-yə bir töhfə kimi milli informasiya və kommunikasiya texnologiyaları strategiyaları və e-idarəçilik sahələrinə aid prioritetlər müəyyən edilmişdir.

Yuxarıda göstərilənlər Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli xüsusi fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması barədə qərar qəbul etməsinə təkan vermişdir.

Türkiyə

Türkiyə hökuməti və bir çox vətəndaş cəmiyyəti, təşkilatları İKT-ni milli insan inkişafı gündəliyinə yerləşdirmək məqsədilə müxtəlif layihələr çərçivəsində BMTİP-in Türkiyədə nümayəndəliyi ilə əməkdaşlıq edirlər. BMTİP Yalova vilayətinin yerli idarəsində e-idarəçiliyin təşkili və icrasında, həmçinin gender bərabərliyi, regional inkişaf və 21-ci əsrin Gündəliyi proqramları çərçivəsində iştirak-əsaslı bir sıra demokratik idarəçilik layihələrinin hazırlanıb həyata keçirilməsində əsas rol oynamışdır.

Türkiyə hökumətinin bir sıra texniki sahə nazirlikləri İKT-nin Türkiyədə bütün səviyyələrdə sektoral və insan inkişafını dəstəkləməsini təmin etmək məqsədilə biliklərin və texniki bacarıqların ötürülməsinə şərait yaratmaq üçün İKT sahəsində BMTİP-in təcrübəsindən və beynəlxalq təcrübədən istifadə edir.

BMTİP, həmçinin İKT-dən istifadəni Türkiyənin daha az inkişaf etmiş ərazilərinə də çatdırmaq məqsədilə Cisco Şəbəkə Qurma akademiyası kimi özəl sektor nümayəndələri ilə də müttəfiqlik etmişdir. Bu təşəbbüs həmin rayonlarda yüksək standartlı kompüter şəbəkə təhsili proqramlarını təqdim etmiş və dövlət və özəl sektorlarında İT üzrə ixtisaslı kadrların ehtiyaclarının ödənilməsi, o cümlədən gənclərə təlim keçirilməsi işlərində yardım etmişdir.

Türkiyənin dövlət qurumları ölkədəki mənfəətsiz işləyən təhsil müəssisələrinə peşə-təlim məktəbləri, elm tədbiqi institutları və universitetlərə, eləcə də qadınlar və əlillərə İT sahəsində xüsusi fəaliyyət növlərinə yardımı genişləndirmək məqsədilə BMTİP-lə əməkdaşlıq edirlər. Sürətlə inkişaf edən Kiçik və Orta Sahibkarlıq (KOS) sektorunda İKT əsaslı marketinq və biznesin inkişafı imkanlarını təmin etməklə KOS-a yardım sahəsində bir sıra işlər həyata keçirilməkdədir.

GƏLƏCƏKDƏ HƏLL OLUNMALI MƏSƏLƏLƏR

Azəbaycan və Türkiyənin bu ilki MİİH-ləri göstərir ki, hər iki ölkə insan inkişafı üçün özlərinin İKT potensialını tam həyata keçirmək məqsədilə bir sıra problemləri həll etməli olacaqlar.

İKT üçün hüquqi və qanunverici bazanın yaradılması

İKT-dən səmərəli istifadəni təmin etmək üçün əlverişli hüquqi mühitin yaradılması vacib şərtdir. Hər iki ölkənin bu sahədə göstərdikləri cəhdlərinə baxmayaraq, mövcud hüquqi baza İKT-nin sürətli inkişafı və öz vətəndaşlarının ehtiyaclarının ödənilməsi baxımından bu ölkələr üçün hələ kifayyət qədər qənaətbəxş deyil.

Azərbaycan bir sıra sahələrdə, xüsusilə də kommunikasiya sahəsində rəqabəti və şəffaflığı artıra biləcək hüquqi islahatların keçirilməsindən çox faydalana bilər. Mövcud qanunların ədalətli və səmərəli tərzdə icrasına və bir sıra yeni qanunların qəbul edilməsinə ehtiyac duyulur. Hökümət xüsusi ilə tənzimləyici, özəl sektor isə xidmət təminatçısı funksiyalarının əks etdirən dəqiq hüquqi təyinatın müəyyənləşdirilməsi çox vacibdir.

İKT-nin hüquqi mühitinin yaxşılaşdırılması sahəsində Türkiyədə Hökumət və özəl sektor nəzərə çarpan cəhdlər göstərmişdir. Türkiyəni inkişaf üçün İKT-dən isifadə üzrə yüksək səviyyəyə çatmış ölkələrin səviyyəsinə gətirmək üçün bir sıra hüquqi məsələlər öz həllini tapmalıdır.

Hamı üçün İKT təhsili

İKT-dən bəhrələnmək üçün insanlar ondan necə istifadə etməyi və onu necə tətbiq etməyi öyrənməlidirlər. Gələcəkdə ən məhsuldar işlərə kompüterləşdirilmiş və on-layn iş yerlərində rast gəlinəcəkdir. Bu baxımdan hər iki ölkə İKT üzrə təhsilin və təlimin keyfiyyətini yaxşılaşdırmalı və hamının, yəni cavan və qocaların, qadın və kişilərin, şəhər və kəndlərin, varlı və kasıbların ondan istifadəsini təmin etməlidir.

Azərbaycanda öz təhsilində kompüterdən istifadə edən universitet tələbələrinin sayı 70% təşkil edir və İKT sahəsində təhsilə və təlimə böyük tələbat vardır. Bununla yanaşı, bu ehtiyacların ödənilməsi üçün kifayət qədər kompüter yoxdur, İnternetə çıxış imkanı və təhsilin bütün səviyyələrində İKT-ixtisaslı müəllimlərin sayı azdır. Son illərin statistikası göstərir ki, hər məktəbə, yalnız 2.5 kompüter düşür, müəllimlərin yalnız 10%-i kompüterlərdən istifadə edir və yalnız 31 məktəbin, yəni məktəblərin 1 %-nin İnternetə çıxış imkanı vardır.

Türkiyə Hökuməti İnternetə əlyetərlik imkanının ölkənin bütün məktəblərinə, hətta kənd məkəblərinə çatdırılması barədə çox ambisiyalı bir öhdəlik götürmüşdür. Ancaq İKT-nin təhsil sistemində insan inkişafını dəstəkləməsini təmin etmək üçün təhsil sahəsində yeni siyasətin hazırlanıb həyata keçirilməsi labüddür.

Qiymətin azaldılması - mənfəətin artırılması

Digər ölkələrlə müqayisədə Azərbaycanda və Türkiyədə internetdən istifadə qiymətinin, eləcə də avadanlıqların və proqram təminatlarının baha olması informasiya cəmiyyətinə qoşulmaq istəyən milyonlarla Azəri və Türk insanının qarşısında duran maneələrdir.

Beynəlxalq Telekommunikasiya Ittifaqı (BTI) tərəfindən bu yaxınlarda təqdim edilmiş Rəqəmli Texnologiyalardan İstifadə İndeksi (RTİİ) ölkədəki hər bir vətəndaşın İKT-yə əlyetərliyi və ondan istifadə qabiliyyətini ölçür. O, infrastruktur, maddi imkan, bilik, keyfiyyət və istifadə kateqoriyaları üzrə səkkiz göstəricidən ibarətdir. Türkiyənin RTİİ-si Azərbaycanın RTİİ-sindən iki dəfə artıqdır, ancaq hər iki ölkə, ən az inkişaf etmiş ölkələrin RTİİ-sindən bir xeyli yüksəkdə olsalar da, sənayeləşmiş ölkələrin səviyyəsindən hələ də xeyli geridə qalırlar.

Düzgün rəqəmlərin əldə edilməsi

İKT sahəsinə dair ümumi məlumat və etibarlı statistika yoxdur. Ümumiyyətlə, hər iki ölkədə mövcud olan informasiya, həqiqi vəziyyəti əks etdirmir. Düzgün siyasətin və lazımi planların həyata keçirilməsi üçün dəqiq statistik məlumatların olması vacib şərtdir.



Həm Azərbaycanın, həm də Türkiyənin MİİH-ləri əldə olan məhdud İKT məlumatlarının mənbələrini aşkarlayır və bəzi hallarda boşluqlar olan yerlərdə yeni indeksləri və məlumat bazalarını təqdim edir. Məsələn, Türkiyənin MİİH-ində regionlar və gender üzrə İKT indeksi, Azərbaycanın MİİH-ində isə milli və regional səviyyələrdə İKT-yə əlyetərlik barədə sorğu öz əksini tapmışdır. Gələcəkdə hər iki ölkədə insan inkişafı üçün İKT-yə verilən töhfələr barədə hesabatların davamlı olaraq təkmilləş-dirilməsi məqsədilə Hökumət və vətəndaş cəmiyyəti təşkilatları mövcud fəaliyyətlərini gücləndirməli olacaqlar.

İRƏLİYƏ APARAN YOL

Milli ekspertlər tərəfindən tərtib edilmiş hər böyük iki MİİH yeni texnologiyaların, o cümlədən İKT-nin insan inkişafı sahəsindəki potensialının tam həyata keçirilməsi məqsədilə icra edilməli olan islahatlarla birlikdə irəliyə aparan yolu özlərində əks etdirmişdir. Hal-hazırda hər iki ölkə arasında və onların daxilində hesabatların ictimai səviyyədə müzakirə edilməsinə imkan yaradılmışdır. Məhz bundan sonra Azərbaycan və Türkiyə Hökumətləri və bu ölkələrin xalqları rəqəmli texnologiyaları sahəsində mövcud olan boşluğu aradan qaldırmaqda və qlobal informasiya cəmiyyətində öz layiqli mövqelərini tutmaqda bu ölkələrə yardım edə biləcək siyasəti hazırlamaq, qəbul etmək və həyata keçirmək iqtidarında olacaqlar.



Copyright © UNDP Azerbaijan 2003. All Rights reserved.