|
BMT iqamətgahı fəaliyyətdə olan BMT ailəsini özündə əks etdirir. Bu, Birləşmiş Millətlərin ölkə səviyyəsində birgə fəaliyyətinin real təcəssüməsidir. Sübut olunmuşdur ki, tam onun ayrı-ayrı hissələrinin cəmindən daha böyükdür. Siz, BMT-nin Azərbaycandakı ailəsi artıq yeni evinizə köçməyə hazırsınız.
1993-cü ildə Birləşmiş Millətlər ölkədə fəaliyyətə başlayandan bəri siz, bizim Təşkilatın Azərbaycandakı İdarə Heyəti olaraq, öz fəaliyyətinizi inteqrasiya edirsiniz. Bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur. 2000-2003-cü illər üçün proqramların əlaqələndirilməsi istiqamətində razılıq əldə etmiş bütün qurumlarla birgə proqramların işlənib hazırlanması istiqamətində də irəliləyiş müşahidə olunur.
Azərbaycanın üzləşdiyi çətinliklər saysız-hesabsızdır, beləki, bu ölkə böhran vəziyyətdən inkişafa döğru irəliləmək, və hər şeydən əvvəl əhalinin yeddidə birinin öz torpaqlarından didərgin düşməsinə səbəb olan faciəli münaqişələrə son qoymaq məqsədi ilə dövlət tərəfindən planlaşdırılan iqtisadiyyatdan bazar iqtisadiyyatına keçməyə cəhd göstərir. İdeya və təcrübələrinizi bölüşərək, bu çətin keçid dövründə Azərbaycana yardım göstərmək istiqamətində İdarə Heyətinin yekdil məqsədini möhkəmlətmisiniz.
Beləliklə, bütövlükdə Birləşmiş Millətlərin adından BMT-nin Azərbaycandakı Nümayəndəliyinin İdarə Heyətinin bütün həmkarlarına öz təbriklərimi çatdırır və daim onları dəstəklədiyimi bildirirəm. Əminəm ki, işçi heyət BMT iqamətgahına köçürüldükdən sonra yeni yüzillikdə ölkə və Azərbaycan xalqı naminə daha çox töhfə verəcək.
BMT İqamətgahı/BMTİP-in Bakı Ofisinin xəritəsi BMT-nin 50 illiyi küçəsi, 3
 Təhlükəsizlik sənədi olmadan İstiqlaliyyət küçəsindən giriş qadağandır.
Daha ətraflı versiyası üçün xəritənin üzərinə tıklayın
|